Azərbaycan XİN Əfqanıstana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstana başsağlığı verib. “Olaylar” xəbər verir ki, bu barədə XİN-in "Twitter"də səhifəsində bildirilib:
3 Noyabr 2020 12:25 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstana başsağlığı verib. "Olaylar" xəbər verir ki, bu barədə XİN-in "Twitter"də səhifəsində bildirilib: "Kabil Universitetinə edilən silahlı hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, Əfqanıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan dost Əfqanıstanla həmrəydir".
Xatırladaq ki, noyabrın 2-də Kabil Universitetinin Hüquq fakültəsinin yerləşdiyi binaya silahlı şəxslər hücum edib. Hücum nəticəsində 19 nəfər həlak olub, 22 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31