10 günlük müharibə Ermənistanın hərbi-siyasi mövqeyini alt-üst etdi

  “Dağlıq Qarabağda həyata keçirilən antiterror əməliyyatı hər bir Azərbaycan vətəndaşıında ruh yüksəkliyi yaradıb. Bununla belə, xarici işlər nazirlərinn 11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosessin mürəkkəb olduğunu və gərgin bir şəraitdə keçirildiyini göstərir. Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən etmiş və hər kəs Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini başa düşmüşdür”

"Dağlıq Qarabağda həyata keçirilən antiterror əməliyyatı hər bir Azərbaycan vətəndaşıında ruh yüksəkliyi yaradıb. Bununla belə, xarici işlər nazirlərinn 11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosessin mürəkkəb olduğunu və gərgin bir şəraitdə keçirildiyini göstərir. Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən etmiş və hər kəs Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini başa düşmüşdür". Bunu "Olaylar"a deyən Bakı şəhəri, Nəsimi rayon gənci, Azərbaycan Dillər Universiteti tələbəsi Zenfira Əliyevanın sözlərinə görə, humanitar atəşkəs birinci mərhələdir. Ardınca hərbi əməliyyatlar gedişində dəyişilmiş status kvo siyasi və diplomatik müstəviyə daşınmalıdır: "Hər kəs bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Təəssüf ki, 1990-cı illərin əvvəllərində, biz Dağlıq Qarabağımızı müvəqqəti olaraq itirdik. Amma biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Zəngin və çoxşaxəli tarixə malik olan torpağımız bizə necə aid idisə, indidə Cənab Prezidentimizin uğurlu siyasəti və göstərişi ilə geri, aid olduğu dövlətə geri qayıdacaq. Uzun illər ərzində Ermənistan danışıqlar prosesində özünü üstün tərəf kimi aparmağa çalışmış, özünəməxsus şərtlər irəli sürmüş, beynəlxalq təşkilatların qərar və qətnamələrini qulaq ardına vurmuş, öz istəyini, iradəsini həyata keçirməyə çalışmışdır. 10 günlük müharibə Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi, onun iradəsini sarsıtdı və iqtisadiyyatını tam çökdürdü. Nəticə etibarilə, Ermənistan dövlətinin prezidenti  bu danışıqlardan nəticə çıxarmalıdır.  Hazırda qarşıdaki günlər Ermənistan dövləti üçün olduqca önəmlidir. Çünki bu müddət Ermənistana mövcud reallığa uyğun addımlar atmaq, iddialarından geri çəkilmək, işğal siyasətinə son qoymaq, münaqişənin beynəlxalq hüquq çərçivəsində həll istiqamətində real addımlar atmaq üçün son şansdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31