Humanitar atəşkəs bizi mövqeyimizdən döndərə bilməz

   Vaxtilə təcavüzkar  Ermənistan dövlətinin işğal etdiyi Azərbaycanın əzəli torpaqları olan Qarabağ uğrunda savaş davam etməkdədir. Xalqımız bu müharibənin olmasını, Qarabağın yolunu 30 ildir ki,  gözləyirdi.

Danışıqların gedişində şərtləri Azərbaycan diktə edir

Vaxtilə təcavüzkar  Ermənistan dövlətinin işğal etdiyi Azərbaycanın əzəli torpaqları olan Qarabağ uğrunda savaş davam etməkdədir. Xalqımız bu müharibənin olmasını, Qarabağın yolunu 30 ildir ki,  gözləyirdi. Axır ki bizim olanı almağa başladıq. Amma hələ də Ermənistan dövləti müqavimət göstərir, təxribatlara əl atır, Qarabağın Ermənistan torpağları olduğunu iddia edirlər. Bunun isə belə olmadığı tarixi faktlarlarla əsaslı şəkildə sübut olunmuşdur. Nəsimi rayon gənci, Azərbaycan Dillər Universitetinin tələbəsi Günay İbadova qeyd edib ki, Azərbaycan öz torpaqlarını almadan geri addım atmayacaq: "Bu muharibədə bizə daim dəstək olan, yanımızda olan qardaş ölkə Türkiyə və Pakistana və bu müharibədə Azərbaycanı dəstəkləyən bütün ölkələrə, təşkilatlara sonsuz təşəkkürlərimizi bildiririk. Şanlı ordumuz durmadan irəliyə doğru gedir və qələbələrimizin sayı gündən-günə artır, artacaq da. Çünki biz haqq yolundayıq. Düzgünlük, haqq-ədalət isə hər zaman qalib gələr. Ermənistan isə artıq çox ağır vəziyyətdədir. Buna görə də danışıqlıqlar addımı atmağa məcburdur. Bunun üçün də Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutub. Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüşdə bu ölkənin XiN başçısı Sergey Lavrov, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyan iştirak etmişdir. Görüş 11 saat davam edib. Görüşün bu qədər uzunmüddətli olması vəziyyətin nə qədər gərgin olduğundan xəbər verir. Bu, son 20 ildə Qarabağa dair ən uzun müddətli danışıqlar olub. Bu danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü. Bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Cənab  Prezidentimiz  İlham Əliyev bu siyasi təzyiqlərə sinə gərir,  məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır".

Onun sözlərinə görə, hər kəs də bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Bu atəşkəs heç bir azərbaycanlını ruhdan salmasın: "Cənab Prezidentimiz İlham Əliyevin 15iyul 2020-ci il tarixində Nazirlər Kabnetindəki çıxışını xatırlayın.  O, çıxışında "Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik". Bəli, bizim prezidentimiz öz diplomatik qabiliyyətilə hər zaman seçilmişdir. Buna görədə onun verdiyi qərarlardan heç şübhəniz olmasın. O, nə etdiyini çox yaxşı bilir. Biz Ali baş komandanımıza güvənirik və hər zaman onu dəstəkləyirik. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Təmas xətti deyilən anlayış yoxdur.  Münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi.

Hər kəs çox gözəl şəkildə bilirki Ermənistanın 30 ildə qurduğu ordunu Azərbaycan 10 gündə darmadağın etdi. Lazım olsa, bundan da artığını edə bilər. Uzun illərdir ki, Ermənistan danışıqlar prosesində özünü üstün tərəf kimi aparmağa çalışır, şərtlər irəli sürür, beynəlxalq təşkilatların qərar və qətnamələrini, beynəlxalq ictimaiyyətin çağırışlarını qulaq ardına vurur, öz iradəsini diqtə etməyə çalışırdı. 10 günlük müharibə Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi, onun iradəsini sarsıtdı, iqtisadiyyatını tam çökdürdü. Bəli, biz birlikdə güclüyük.Azərbaycan xalqı bir yumruq kimi həmrəy olub birlikdə düşmənin öhdəsindən gəlir və gələcək də. Bu döyüşdə bir an belə olsun düşünmədən canlarını vətən uğrunda fəda edəcək əsgərlərimiz kifayət qədərdir. Onların bu əzmi, iradəsi sayəsində durmadan irəliyə doğru gedəcəyimizə inanırıq. Şanlı ordumuz düşmənə yaşatdırdıqlarını yaşatmadan əl çəkməyəcək.Bizim olanı geri almadan durmayacaq.Ali Baş Komandanımızın göstərişləri, düzgün taktikaları sayəsində tezliklə Qarabağımıza qovuşacağıq.Və azad edilmiş hər bir rayonda Azərbaycan bayrağı sancılacaq. Ön cəbhədə əsgərlərimizin, arxa cəbhədə isə biz gənclərin mübarizəsi sayəsində tezliklə Azərbaycan xalqı qələbə sevincini yaşayacaq. Qarabağ həmişə azərbaycanın olub və olacaq da!

Nəsimi rayon təhsil işçisi Təranə Ağalarova qeyd edib ki, baş verən hadisələr göstərir ki, çox çətin bir dönəm, vaxt, zaman yaşayırıq. Azərbaycan hal- hazırki, bir dönəmdə əsil igidlik, rəşadət göstərir, tarix yazır: "Bəli, bu bir tarixi dönüşdür. Xalqın göstərdiyi birlik bir daha sübut etdi ki, Azərbaycan xalqı məhz kökünə, soyuna arxalanaraq torpağına, elinə, tarixinə bağlı bir xalqdır.Vətən sevgisi bütün sevgilərin üstündədir.Yoxdur bizim xalq üçün heç bir xoşbəxtlik, azadlıq, əgər ki, torpaq həsrəti varsa. 27 illik həsrət qəlbimizin ən acı nisgilidir. Biz illərdir Vətən həsrətinin xəstəsiyik. Amma ki, artıq həmin an gəlib çıxdı. Biz torpağımızın xilasına qalxdıq. Cari ilin sentyabr ayının 27-si təcavüzkar Ermənistan canilərinin baş verən növbəti təxribatı səbrimizin daşan sonuncu damlası oldu. Ali Bas Komandanımızın əmri ətrafında minlərlə xalq övladı birləşdi. Düsmənin payını rəşadətlə, igidliklə, əzimkarliqla verdi.  Bizim, Azərbaycan xalqının kim olduğunu düşməndə bildi, bu haqsızlığa susan dövlətlər də. Vətənimin bir neçə kəndləri, rayon, şəhər mərkəzləri işğaldan azad edilib. Amma, mənfur düşmən də öz hiyləgər məsləkindən əl çəkmir. Butun dünyaya özünü məzlum, əzilən xalq kimi qələmə verib, informasiya sahəsində həyasızcasına özünün müdafiəsinə qalxır. Bütün dünyanı öz yalanlarına bürüyür. Halbuki, cinayət törədib dinc, mülki insanlara qarşı terror aktı yerinə yetirir. Qadağan olunmuş silahlardan, raketlərdən istifadə edib, ətraf rayonları bombalayır. Onlarla dinc sakin qətlə yetirilib, yaralanıb, evlər, obyektlər dağıdılıb. Bizim haqq səsimiz boğulur. Humanitar məqsədlər güdən müvəqqəti atəşkəs rejimi elan olunmasına baxmayaraq yenə də bu erməni mənfurları öz hiylələrindən istifadə edib, atəşkəsi pozmuş, Gəncə, Bərdə, Mingəçevir və başqa şəhər və rayonlara, qadağan olunmuş silahlardan istifadə edərək yaşayış massivlerini raket atəşinə tutmuşdur . Nəticədə Gəncə şəhərinin infrastrukturuna ciddi zərər dəymiş,ölən və yaralananlar var . Lakin mənfur erməni qəsbkarlarının, faşistlərinin törətdikləri cinayət qoxuyan əməlləri xalqın əzmini qırmaz və qırmayacaqdır. Xalq bir yumruq tək öz ölkə komandanının ətrafında sıx birləşib. Qələbə əzmi qəlbimizin döyüntülərində özünü əks etdirir ki, bunu heç bir qüvvə, hiylə, ölüm dayandıra bilməz. Azərbaycan bir xalqdır. Əzəli tarixi, hünəri, rəşadəti ilə . Bu torpaq tarix yazıb, yazır və yazacaq. Esq olsun Azərbaycan xalqına! Biz Biz birlikdə güclüyük.Torpaqlarımız tezliklə azad olunacaq. Bu haqq yolundan bizi heçnə çəkindirə bilməz".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31