Azərbaycandakı diplomatik korpusun nümayəndələri Gəncəyə gedəcəklər
Azərbaycan Xarici İşlər Nazirliyi ilə diplomatik korpusların, səfirlərin, nümayəndə heyətlərinin rəhbərləri, hərbi attaşelər, beynəlxalq təşkilat rəhbərləri Gəncəyə və Mingəçevirə gedəcəklər.
12 Oktyabr 2020 10:27 SiyasətAzərbaycandakı diplomatik korpusların rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncə və Mingəçevirə səfər edəcək."Olaylar"ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter-də bildirib. Prezidentin köməkçisi qeyd edib ki, səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir.