Amerikalı hərbi ekspert: Ermənistan tərəfindən Xızı, Abşeron, Mingəçevir və Gəncənin atəşə tutulması Azərbaycanın ruh yüksəkliyini qırmaq üçün uğursuz cəhd idi
6 Oktyabr 2020 07:19 SiyasətErmənistan tərəfindən Xızı, Abşeron, Mingəçevir və Gəncənin atəşə tutulması Azərbaycanın ruh yüksəkliyini qırmaq üçün uğursuz cəhd idi.
Bunu Trend-ə amerikalı hərbi ekspert Bencamin Minik deyib.
O, Ermənistanın bu cür əməlindən sarsıldığını bildirib:
"Heç bir günahı olmayan insanlara, qadın və uşaqlara, infrastruktur obyektlərinə yönəlmiş bu hücumlar məni sarsıdıb. Ermənistan münaqişə zonasını yaxşı tanıyır. Onlar sərhədləri bilir. Bu, Azərbaycanın ruh yüksəkliyini qırmaq üçün uğursuz cəhd idi".
Ekspert bildirib ki, bu, onların döyüşlərdəki itkilərinə cavab olaraq keçirilmiş hücumlar ola bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31