Ermənistanda antisemitizm və İsrailə qarşı nifrətin dərin kökləri var

Azərbaycan müstəqillik əldə etdikdən sonra çoxsaylı ölkələrlə yanaşı, İsrail dövləti ilə də yüksək səviyyəli münasibət qurub. Əslində bu iki dövlət arasındakı münasibətlər qədim köklərə bağlıdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra çoxsaylı ölkələrlə yanaşı, İsrail dövləti ilə də yüksək səviyyəli münasibət qurub. Əslində bu iki dövlət arasındakı münasibətlər qədim köklərə bağlıdır. Azərbaycan-İsrail münasibətləri ümumi dəyərlər və tarixi köklərə söykənir. Bəşəri əlaqələr və müxtəlif  dini-tolerant  cəmiyətdə yaşamaq əzmi hər iki ölkənin təməl prinsipini təşkil edir. Nəzərə almaq lazımdır ki, azərbaycanlılar və yəhudilər tarix boyu doğma insanlar kimi yaşayıblar, onları bir-birinə ortaq taixi  tellər bağlayır. Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra xalqlar və dövlətlər arasındakı mövcud tellər daha da möhkəmlənərək inkişaf etdirilib. Xüsusən, Azərbaycanın dövlət başçısının həyata keçirdiyi multikulturalizm siyasəti və yəhudilərə qarşı olan xoş münasibət bu ölkədə rəğbət hissi yaradıb.

İşğalçı, monoetnik dövlət olan Ermənistan isə xarici siyasətini ortaq maraqlar üzərində qurduğundan təbii ki, bir sıra ölkələrə münasibətində boşluqlar müşahidə olunur. Zahirən İsraillə normal münasibət qurmaq görüntüsü yaradan Ermənistan əslində İrana meyl edərək bu ölkənin dövlət maraqlarına qarşı çıxmış olur. Məhz bu kimi səbələrdən əslində Ermənistan-İsrail münasibətləri əməkdaşlıq səviyyəsində olmayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi genişləndikcə işğalçı dövlətin çürük milli maraqları özünü büruzə verir. Hazırda   Ermənistan Azərbaycanla normal münasibətdə olan bütün dövlətləri özünə düşmən elan edərək "sərt" xarici siyasət yürütmək yolu tutub. "Ərköyün uşaq" qiyafəsinə girən işğalçı dövlətin  öz səfirini İsraildən geri çağırması da məhz bu məqsədə hesablanıb. Reallıqda isə bu addımın guya İsrail  tərəfindən Azərbaycana silah satışı ilə əlaqələndirməsi antisemitizm siyasətini pərdələmək cəhdindən başqa bir şey deyil.

Əslində Ermənistanda şovinizm, millətçilik, faşizm dövlət siyasətinin rəkib hissəsinə çevrilib. Bu ölkədə irqçilik, millətçilik ən yüksək səviyyədə təbliğ olunmub və bu gün də eyni siyasət davam etməkdədir.  O ki, qaldı ermənilərin yəhudilərə qarşı nifrətinə, Ermənistanda antisemitizm və İsrailə qarşı nifrətin dərin kökləri var. Ermənilər birinci dünya müharibəsi dövründə guya özlərinə qarşı olan "qeyri-insani" münasibətin beynəlxalq səviyyədə tanıdılması məsələsində ikinci dünya müharibəsi dövründə yəhudi xalqının soyqırıma məruz qalmasını əsas maneə kimi görürlər. Hazırda erməni tarixçiləri, erməni siyasətçiləri bə ən nəhayət dövlət xadimləri eyni düşüncə tərzinə sahibdirlər. Elə bu səbədən də bu gün Ermənistanda antisemitizmdən siyasi rəqibləri ləkələmək və onları nüfuzdan salmaq üçün istifadə olunur. Bununla bağlı kifayət qədər faktlar mövcuddur. Xatırladaq ki, "WikiLeaks" ABŞ-ın Dövlət Departamentinin 2008-ci ilə aid "Ermənistan mətbuatı müxalifəti pisləmək üçün antisemitizmdən istifadə etməyə davam edir" başlığı altında bir məlumat ifşa etmişdi. Hətta həyat yoldaşının yəhudi olduğu iddia edilən Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da antisemit tənqidlərdən qaça bilməmişdi. 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra Ermənistana xoşməramlı səfərlər edən Amerika-Yəhudi təşkilatları da Ermənistan mediasında antisemit tənqidlərə məruz qalmışdılar.

Məlumat üçün qeyd edək ki,  Sovet İttifaqı dağıldıqdan sonra Ermənistanda azlıq təşkil edən yəhudilər və yəhudi irsi kəskin şəkildə azalıb. Bu ölkədə yəhudilərə qarşı "mədəni zorakılıq" tətbiq olunmağa başlayıb. Konkret olaraq antisemit məzmunlu kitablar çap edilir, kütləvi iformasiya vasitələri mütəmadi olaraq bu istiqamətdə materiallar dərc ediblər, Yerevanda Nolikost qurbanlarının memorial lövhəsi  dəfələrlə təhqir edilib, Vəziyyətin bu cür davam etməsi yəhudilərin bu ölkəni tərk etrməsilə nəticələnib. Yeri gəlmişkən qeyd edək ki, hələ ötən əsrin əvvələrində Azərbaycan ərazisində tüğyan edən erməni quldur dəstələrinin əsas hədəflərindən biri də yəhudlər olmuşduur. Azərbaycan Respublikasının Fövəladə İstintaq Komissiyasının protokollarında yəhudilərin ermənilər tərəfindən kütləvi qətlə yetirilməsinə dair faktlar əksini tapmışdır. ASALA kimi terror təşkilatlarının hədəfi türklərlə yanaşı, həm də yəhudilər olmuşdu. 1980-ci ildə ASALA-nın başçısı olan Akop Akopyan 1972-ci ildə Münxendə Olimpiya oyunlarında iştirak edən İsrail milli komandası üzvlərinin qətlə yetirilməsində fəal iştirak etmişdi. Məhz bu baxımdan qətiyyətlə demək olar ki, bu gün rəsmi Yerevanın İsrailə qarşı atdığı addımların kökündə hazırkı dövrdə siyasi motivlər deyil, tarixi gerçəklik amili dayanır. Ermənistanın hazırda yürütdüyü xarici siyasəti deməyə əsas verir ki, bu ölkə nəyin bahasına olursa-olsun bütün qüvvəsini hansısa  üçüncü ölkənin Dağlıq Qarabağ probleminə cəlb edilməsinə səfərbər edib. Ermənistanın Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlər, Türkiyə və ən nəhayət İsrailin sözügedən münaqişəyə cəlb edilməsi cəhdlərini qətiyyən təsadüfi hesab etmək olmaz. İşğaıçı dövlət yenə də günahkarı kənarda axtarmaqla "seyid əli ilə ilan tutmaq" istəyir.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31