Səsin Şuşadan gəlsin, cənab Ali Baş Komandan!

Qarabağın işğaldan azad edilməsi, Azərbaycanın haqq işinin haqla başa çatdırılması, Xankəndinə, Şuşaya Azərbaycan bayrağının sancılması, Qarabağımızda zəfər paradının qəbul edilməsi missiyası və xoşbəxtliyini Allah sənin alnına yazıb, cənab Ali Baş Komandan! Lütfən Tanrının yazdığı bu gözəl yazını ŞEYTANIN silməsinə imkan vermə! Yanında sərkərdə xislətli xanımın, aslan ürəkli övladların, arxanda XALQIN və Türk Dünyası dayanıb! Və onlar səni O ZƏFƏR PARADINA əlləri üstündə aparacaqlar! Azərbaycan əsgərinə "İrəli" əmrini də yalnız sən verə bilərsən, "Dur" əmrini də. O gözəl alın yazısını yazan Allah eşqinə "Dur" demə ! Lütfən O ALIN YAZISINI yaşa, cənab Ali Baş Komandan! Hər sərkərdəyə, hər dövlət başçısınanəsib olmayan YAZIdı bu! Pozulmasın bu yazı! Şəhid ata-analarının yanan ürəyi yalnız Şuşada soyuya bilər...Şəhid balalarının donmuş gözləri yalnız  Şuşada gülə bilər.. bu qanlar yalnız Şuşada yuyula bilər.. Səsin Şuşadan gəlsin, cənab Ali Baş Komandan! Səsimiz Şuşadan gəlsin!

Fatma  Abbasquliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31