Youtub-da "Həqiqətin səsi" kanalı ilə tanınan azərbaycanlı bloger Can Topor işğal edilən Dağlıq Qarabağ haqqında video paylaşıb.
Day.Az bildirir ki, bloger konfliktdən bezən ermənilərin köməyi ilə işğalçılar tərəfindən piar vasitəsi kimi istifadə edilən və Dağlıq Qarabağın "simvolu" kimi təqdim edilən heykələ qədər gedib.
Erməni tərəfi roliki "feyk" adlandırmasın deyə, bloger heykəldə yazı yazıb. Artıq bloqun adı və müəllifin adı-soyadı işğal edilmiş ərazilərdə yer alıb.