Azərbaycan KP MK-nın sədri Rauf Qurbanovun son olaylara münasibəti.
Rauf müəllim bu gün səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutublar. Bu məsələyə münasibətniz və mövqeyiniz nədən ibarətdir?
28 Sentyabr 2020 14:27 SiyasətRauf müəllim bu gün səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutublar. Bu məsələyə münasibətniz və mövqeyiniz nədən ibarətdir?
Həmişə olduğu kimi bu dəfə də Ermənistan tərəfi atəşgah rejimini kobud surətdə pozaraq, ölkəmizə qarşı növbəti təxribat törədib. Məndə olan son məlumata görə Azərbaycan Ordusu düşmənə layiqli cavab verir, ön xəttə olan hərbi hissələrimiz , raket və artilleriya bölmələri,o cümlədən aviasiya, zirehli teknika və digər qoşun növlərinin birgə fəaliyyəti nəticəsində düşmənin silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və aktiv döyüş əməliyyatlarının qarçısı alınır. Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.Hal- hazırda qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir Belə bir şəraitdə xalqımız bir yumruq kimi Ali Baş komandanın ətrafında sıx birləşərək düşmənə və o cümlədən Beynəlxalq aləmə milli birliyimizi nümayiş etdirməlidir. Azərbaycan Kommunist Partiyası, Mərkəzi Komitəsinin sədri olaraq, Respublikamızda fəaliyyət göstərən bütün siyasi partiyaları, ictimai təşkilatları və vətəndaş birliklərini milli həmrəyliyə çağırıram!
Azərbaycan xalqının apardığı mübarizə haqq işidir, qələbə də bizimlə olacaqdır!