Fəxrəddin Altun: Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzü qarşısında bir daha susur
28 Sentyabr 2020 06:36 SiyasətBeynəlxalq ictimaiyyət Ermənistanın təcavüzü qarşısında bir daha susur. On illərdir hərəkətsizlik və qeyri-qanuni işğal ilə ortaqlıq erməni tərəfini cəsarətləndirdi. İndiki münaqişə bu vəziyyətin davamlı olmadığını göstərir.
Bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun özünün "Twitter" hesabında yazıb.
O vurğulayıb ki, Ermənistan Azərbaycan torpaqlarının işğalçısıdır: "Ermənistan on illərdir nəinki Dağlıq Qarabağı işğal edir, həm də Azərbaycana qarşı mütəmadi təxribatlar həyata keçirir. Bugünkü hücumları isə daha bir təhlükəli vəziyyətə səbəb oldu".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31