Hərbi vəziyyətin tətbiq edildiyi rayonlar açıqlandı - RƏSMİ
27 Sentyabr 2020 18:53 Siyasət"28 sentyabr saat 00:00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilib".
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Bakı, Sumqayıt, Naftalan, Beyləqan, Ağdam, Göygöl, Ağstafa və digər şəhər və rayonlarda saat 21:00-dan 6:00-dək hərbi vəziyyət elan edilib: "Xüsusi giriş çıxış müəyyən edilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31