Ordumuzun azad etdiyi ərazilər - FOTO
27 Sentyabr 2020 18:12 SiyasətAzərbaycan Ordusunun bugün düşmən təxribatlarına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı zamanı bir sıra kəndlər işğaldan azad olunub.
Müdafiə Nazirliyi xəbər verir ki, uğurlu hücum əməliyyatı zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Aşağı Seyidəhmədli, Yuxarı Əbdürrəhmanlı, Horadiz kəndi, Cəbrayıl rayonunun Nüzgar, Böyük Mərcanlı kəndləri işğaldan azad olunub. Hazırda Ordumuzun uğurlu hücum əməliyyatı davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31