XİN: Qazaxıstan kömək etməyə hazırdır
27 Sentyabr 2020 16:58 SiyasətQazaxıstan Ermənistan-Azərbaycan münaqişəsində 27 sentyabr 2020-ci ildə qeydə alınmış gərginlikdən dərin narahatlığını ifadə edir.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Qazaxıstan tərəfləri vəziyyəti sabitləşdirmək üçün bütün tədbirləri görməyə, güc tətbiqindən imtina etməyə və danışıqlara başlamağa çağırır:
"Biz beynəlxalq təşkilatların platformalarında münaqişənin sülh yolu ilə həllinin tapılmasına kömək etməyə hazırıq. Asiyada Qarşılıqlı Etimad Tədbirləri Konfransının hazırkı sədri olaraq, biz Konfransın mövcud etimad tədbirləri paketindən istifadə etməyi təklif edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31