Deputat: “Dövlət başçısının açıq tənqidi ilə birinci dəfə deyil  rastlaşırıq”

 “Azərbaycan Prezidentinin BMT kürsüsündən BMT-nin özünü, daha doğrusu onun fəaliyyətsizliyini təkcə bizim deyil, əksər dövlətlərin ürəyindən olan açıq tənqidilə birinci dəfə rastlaşmırıq.

"Azərbaycan Prezidentinin BMT kürsüsündən BMT-nin özünü, daha doğrusu onun fəaliyyətsizliyini təkcə bizim deyil, əksər dövlətlərin ürəyindən olan açıq tənqidilə birinci dəfə rastlaşmırıq. Amma Baş Assambleyanın 75-ci sessiyasının ümumi debatları zamanı etdiyi çıxışında cənab İlham Əliyev bu dəfə təkcə BMT-nin fəaliyyətsizliyinə, nüfuzuna xələl gətirən hallara toxunmaqla yetmədi, həm də onların aradan qaldırlması üçün konkret təkliflər irəli sürdü". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyev dövlət başçısının sözügedən çıxışında yer alan həmin məqamları diqqətə çatdırıb: "BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib edilməlidir. BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir...

Pandemiyadan sonrakı dövrdə beynəlxalq təşkilatlar çərçivəsində islahatların aparılması vacibdir və bu, zamanın tələbədir. Bu baxımdan BMT-nin qlobal səviyyədə rolunun və nüfuzunun artırılmasına, onun müasir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanına xüsusi diqqət yetirilməlidir. Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31