İşğalçı dövlət olan Ermənistana beynəlxalq sanksiyalar tətbiq olunmalıdır
İşğalçı dövlət olan Ermənistan təcavüzkar siyasətini davam etdirməkdədir. Azərbaycan dövləti otuz ilə yaxındır ki, Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistanın işğalından azad olunması istiqamətində gərgin mübarizə aparır. Son dərəcə ağır olan bu prosesin həlledici mərhələyə çatdırılması Azərbaycanın dünyada yeritdiyi ağıllı və ardıcıl siyasət nəticəsində mümkün olur. Lakin bütün cəhdlərə baxmayaraq Ermənistan ipə-sapa yatmır, danışıqlar prosesinin pozulması üçün bütün mümkün vasitələrə əl atır.
25 Sentyabr 2020 12:49 Siyasətİşğalçı dövlət olan Ermənistan təcavüzkar siyasətini davam etdirməkdədir. Azərbaycan dövləti otuz ilə yaxındır ki, Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistanın işğalından azad olunması istiqamətində gərgin mübarizə aparır. Son dərəcə ağır olan bu prosesin həlledici mərhələyə çatdırılması Azərbaycanın dünyada yeritdiyi ağıllı və ardıcıl siyasət nəticəsində mümkün olur. Lakin bütün cəhdlərə baxmayaraq Ermənistan ipə-sapa yatmır, danışıqlar prosesinin pozulması üçün bütün mümkün vasitələrə əl atır.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında Dövlətimizin başçısı işğalçının cilovlanmamasının səbəblərini də göstərib: "Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır".
Dövlət başçısı beynəlxalq birliyin Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinə biganə qalmasına da haqlı olaraq irad bildirib. Qeyd edib ki, beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır: "Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur. Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz".
Ermənistan təkcə Azərbaycanın torpaqlarını işğal etməklə kifayətlənmir. İşğalçı dövlət bütün beynəlxalq hüququ ayaq altına ataraq tarixi Azərbaycan ərazilərimizdə "at oynadır". Faktlara istinad etsək, Ermənistanın dünyaya meydan oxuduğunun bur daha şahidi olarıq. Belə ki, Ermənistan işğal altındakı ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsini məhv edib, qanunsuz məskunlaşma siyasəti həyata keçirir, Azərbaycanın təbii sərvətləri qeyri-qanuni istismar edir. Dünya ölkələri koronavirus pandemiyasına qarşı mübarizəyə səfərbər olunduğu halqa, Ermənistan işğal etdiyi ərazilərdə qanunsuz seçki keçirir, Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal edilmiş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğul olur. Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar etməklə kifayətlənməyən Ermənistan beynəlxalq şirkətlər qeyri-qanuni olaraq bu işə cəlb edir. Bütün müharibə qanunlarına zidd olaraq müxtəlif ölkələrdən olan muzdluları və terrorçuları Dağlıq Qarabağa cəlb edir və onlardan Azərbaycana qarşı döyşdə istifadə edir. Nəzarətsis zona statusunu almış Qarabağda narkotik vasitələr yetişdirməklə məşğul olur. Əcaba, Ermənistan daha hansı qanunsuz əməllər törətməlidir ki, beynəlxalq birlik dayaq nöqtəsindən tərpənsin? Nəzərə almaq lazımdır ki, sadalanan faktlar işğalçı dövlətin yol verdiyi qanunsuz hərəkətlərin yüzdə biri deyil. Belə halda prezident İlham Əliyev haqlı olaraq beynəlxalq birlik qarşısında Ermənistanın cəzalandırılması tələbini qaldırır. Eyni mövqe Azərbaycan ərazilirində qanunsuz fəaliyyət göstərən xarici şirkətlərə qarşı da sərgilənir: "Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmadıqları halda onlar hüquqi məsuliyyətlə üzləşəcəklər. Azərbaycan işğal edilmiş ərazilərimizdə təbii ehtiyatlarımızın qanunsuz istismarı ilə məşğul olan şəxs və şirkətlərə qarşı artıq hüquqi addımlar atmağa başlayıb". Göründüyü kimi Azərbaycan müstəqil dövlət olaraq işğl altında olan ərazilərində bütün qanunsuz fəaliyyətə son qoyulması və bunları törədənlərin cəzalandırılması tələbini müdafiə etməkdədir.
Alim
Olaylar.az