Qarabağ tezliklə ermənilərdən azad olunacaq
Bunu “xaricdən gətirilən döyüşçülər” yox, Azərbaycan Ordusu həyata keçirəcək
24 Sentyabr 2020 12:39 SiyasətBunu "xaricdən gətirilən döyüşçülər" yox, Azərbaycan Ordusu həyata keçirəcək
Dünya ictimaiyyətinin gülüş hədəfinə çevrilən Ermənistanın rəsmi dövlət təmsilçiləri ölkəmizə qarşı hərbi təxribat vasitələrindən əl çəkmək niyyətində deyillər. İstər cəbhə bölgəsində, istərsə də sosial şəbəkələrdə ölkəmizə qarşı təxribat törədən Ermənistan əməllərini ört-basdır etmək üçün artıq ağla sığmayan dezinformasiyalar yaymaqla məşğuldur. Hazırda sosial şəbəkələrdə ölkəmizlə bağlı əsası olmayan, heç bir reallığa sığmayan məlumatlar yayılmaqdadır. Son günlər xarici mediada və bəzi sosial şəbəkə profillərində guya Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi barədə məlumatlar əksini tapıb. Nə yaxşı ki, üstündən çox keçməmiş yayılmış məlumatlar növbəti dəfə təkzib olunub. Məşhur türkiyəli jurnalist Levent Kemal bununla bağlı xəbər paylaşıb.Şəxsi "Twitter" hesabından açıqlama yayan jurnalist qeyd edib ki, Azərbaycana cəlb olunacağı iddia olunan "Həmzə" diviziyasının komandiri ilə danışıb: "Həmzə" diviziyasının komandiri Seyf Əbubəkrlə danışdım. O, briqadasının döyüşçülərinin Azərbaycana gətirilməsi ilə bağlı məlumatları təkzib etdi. Türk ordusuna yaxın mənbələr də bunu inkar edirlər".
xxx
Təbii ki, sosial şəbəkələrdə yayımlanan bu tipli məlumatlar həqiqəti əks etdirmir, ermənilərin qarayaxma kompaniyasına xidmət edir. Məlumdur ki, hələ Birinci Qarabağ savaşında belə ermənilər xarici ölkələrdən teror təşkilatlarının üzvlərini, konkret olaraq Liviyadan, Fransadan snayperçi qızları döyüşə cəlb etmişdilər. Daha dəqiq, Ermənistanın xarici ölkələrdən peşəkar muzdlu döyüşçülərin gətirməsi hələ keçmiş prezident S.Sərkisyanın dövründən məlumdur. Belə ki, S.Sərkisyan ilk dəfə Prezident seçkilərinə qatılanda seçicilərlə görüşündəki çıxışlarının birində Suriya və İraqdan 60 min PKK üzvünün Qarabağa gətirəcəyinə söz vermişdi. Ondan sonra hakimiyyətə gələnlər də eyni siyasət yürüdüb, indinin özündə də davam etməkdədir. Son günlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə Livandan ermənilərin köçürülməsi məsələsi araşdırılarkən məlum olub ki, Qarabağa ermənilərin iddia etdikləri kimi mülki əhali deyil, peşəkar muzdlu döyüşçülər və onların ailələri gətirlib. Bu cür məskunlaşdırılma beynəlxalq hüquqda müharibə cinayəti adlandırılır. Livandan peşəkar muzdlu döyüşçülərin Qarabağa gətirilməsinə "Hayastan" Umumerməni fondu 312 milyon dollardan çox, Qarabağın erməni icması rəhbərliyi tərəfindən 51,3 min, erməni əsilli amerikalı əxlaqsız Kim Kardaşyan isə 70 milyon dollar vəsait ayırıb. Bu vəsaitlər hesabına Qarabağda məskunlaşdırılan ermənilər Azərbaycan ordusuna qarşı vuruşacaqlar.
Azərbaycanın isə güclü, işğal altında olan torpaqlarını azad etməyə qadir ordusu olduğundan hansısa xarici ölkədən döyüşçü gətirilməsinə ehtiyac qalmır. Qətiyyətlə demək olar ki, hazırda Azərbaycan Ordusu Ermənistanın başlatdığı hərbi təxribatlara amansızcasına və layiqli cavab verməyə qadirdir. Millət vəkili Aydın Hüseynov qeyd edib ki, bu gün Ermənistan bütün gücü ilə silahlanmağa, müharibəyə hazırlaşır. Müxtəlif ölkələrdən terrorçu qrupları Qarabağa toplayır: " Ermənistanın təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Əgər Ermənistan öz çirkin planlarından əl çəkməsə, onun üçün nəticələr çox ağır olacaq. Azərbaycanın bir şərti var, işğalçı Ermənistan hərbçilərinin torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmasıdır. Prezidentimizin də ötən gün bəyan etdiyi kimi əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, BMT-nin qətnamələrinə məhəl qoymursa Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün zəruri addımları atacaq: "Azərbaycan heç vaxt ərazisinin 20 faizinin itirilməsi ilə barışmayacaq. Azərbaycan döyüşkənlik əzmi, hərbi gücü və digər məsələlərdə Ermənistandan müqayisəolunmaz dərəcədə yüksəkdədir. Azərbaycan illərdir ki, beynəlxalq təşkilatlardan münaqişənin sülh yolu ilə həllini tələb edir, süni danışıqların nəticə vermədiyini anladır və artıq xaqlın və dövlərin səbrinin tükəndiyini, öz ərazilərini işğaldan azad etmək məcburiyyətində qaldığını bəyan edir. Bunu bütün dünya dövlətləri birdəfəlik anlamalıdır. Ali Baş Komandan İlham Əliyev çox açıq və konkret şəkildə erməni terrorizminin arxasında dayanan güclərə xəbərdarlıq etdi, bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin daşıdığını anlatdı. Ermənilərin hiyləgərliklə və xəbisliklə hərbi təxribatlar törətməsinin yaxşı nəticələnməyəcəyini bəyan etdi. Bu gün hamı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib, Onun əmrini gözləyir. Əmin olmaq lazımdır ki, Qarabaq ermənilərdən tezliklə azad olunacaq".
Alim
Olaylar.az