Aralıq dənizindəki problemlə bağlı regional konfrans keçiriləcək

 “Şimali Kipr türk tərəfi də daxil bütün tərəıflərin iştirakı ilə Aralıq dənizi ilə bağlı keçiriləcək regional konfrans hər kəsin xeyrinə ola bilər”.

"Şimali Kipr türk tərəfi də daxil bütün tərəıflərin iştirakı ilə Aralıq dənizi ilə bağlı keçiriləcək regional konfrans hər kəsin xeyrinə ola bilər". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel və Avropa Birliyi Şurasının rəhbəri Çarls Mişellə keçirdiyi videokonfrasda səsləndirib. Üçtərəfli formatda keçirilən görüşdə Türkiyə-Avropa Birliyi münasibətləri ilə yanaşı, Aralıq dənizinin şərqində yaşanan olaylar da müzakirə edilib. Ölkəsinin daim sülh, danışıqlar tərəfdarı olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Şimali Kipr Türk tərəfi də daxil olmaqla bütün tərəflərin iştirakı ilə keçiriləcək regional konfrans sözügedən anlaşılmazlığın aradan qalxmasına yardımçı ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31