Mayis Səfərli: “Paşinyan Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini qəsdən pozur”

 “Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr olunmuş Yüksək Səviyyəli İclasında çıxış edən Prezident İlham Əliyev xalqımızın ən ağrılı problemi olan Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çox sərt mesajlar vermişdir.

"Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr olunmuş Yüksək Səviyyəli İclasında çıxış edən Prezident İlham Əliyev xalqımızın ən ağrılı problemi olan Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çox sərt mesajlar vermişdir. "Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyi götürmüşdür. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir"-deyən dövlətimizin başçısı təcavüzkarın BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə də məhəl qoymadığını dünya birliyinə çatdırmışdır". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlıərinə görə,  bu illər ərzində Ermənistanın cinayətkar mövqeyində zərrə qədər də olsun dəyişiklik baş verməmişdir. Əksinə, baş nazir Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini qəsdən pozur. Onun "Qarabağ Ermənistandır" deməsi beynəlxalq təşkilatların bütün səylərinə zərbə vurur. Məqsəd aydındır - danışıqlar prosesini məhv etmək və işğal olunmuş ərazilərimizin ilhaqına nail olmaq: "Işğalşı dövlətin son illərdə sərgilədiyi aqressivlik, Tovuzla sərhəddə törətdiyi təcavüz aktı, təmas xəttindəki diversiya əməliyyatlarına cəhd, işğal edilmiş ərazilərimizdə yaratdığı rejimin dili ilə ölkəmizi təhdid etmək buna sübutdur. Təbii ki, belə vəziyyət ölkəmiz üçün qətiyyən qəbul edilən deyil. Dözüm həddinin son nöqtəsindəyik. Dövlət olaraq, gərəyi olan ən ciddi addımları atacağıq. Bunu Prezident İlham Əliyev  bu günlərdə yerli televiziyalara müsahibəsində də bildirmişdir.  Düşmən ölkənin paytaxtından yeni xəbərlər gəlir. Prezident İlham Əliyevin sərt  bəyanatlarından və xalqımızın, bütün Türk dünyasının birliyindən və hiddətindən qorxuya düşmüş erməni baş nazirin göstərişi ilə ölkəsinin baş diplomatı Z.Mnasakyan mətbuatda onların danışıqları bərpa etməyə hazır olduqlarını bildirmişdir".

Onun sözlərinə görə, məlum məsələdir ki, ermənilər müharibənin onlara misli görünməmiş fəlakətlər gətirəcəyini bilirlər: "Odur ki, mövqelərini dəyişib danışıq istəyirlər. Lakin Azərbaycan yenidən işğalçı ilə masa arxasında oturacaqmı?  Yuxarıda qeyd etdiyim müsahibəsində Prezident Ilham Əliyev bu suala aydın və dəqiq cavab vermişdir: " İmitasiya naminə danışıqlarda iştirak etməyəcəyik... Biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik". Ermənistan rəhbərliyi birdəfəlik bilməlidir ki, danışıqların başlaması üçün qoşunlarını işğal olunmuş ərazilərimizdən çıxmalıdır. Əks halda,heç bir masa, heç bir danışıq olmayacaq! Sözü Azərbaycan Əsgəri deyəcək!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31