İlham Əliyev beynəlxalq aləmdə xüsusi nüfuza malik siyasi liderdir

  • Elə bu səbəbdən də onun mesajları xarici KİV-lərdə geniş müzakirə edilir         
  • Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkiatları tərəfindən diqqətlə izlənilir. Son vaxtlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması bu yanaşmanı daha da intensivləşdirib.Tədqirəlayiq haldır ki, dövlət başçısının yürütdüyü siyasətlə yanaşı, beynəlxaq təşkilatların tribunalarından səsləndirdiyi bəyənat və çıxışlar, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr diqqətlə izlənilir və əznəbi media orqanların manşet yazılarına çevrilir. Elə  Prezident İlham Əliyevin sentyabrın 19-da yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər də dünya mətbuatında geniş əks-səda doğurub. Daha dəqiq,  dövlət başçısının "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində mətbuata verdiyi müsahibədə səsləndirdiyi mühüm bəyanatlar Rusiya, Türkiyə, Almaniya və digər ölkələrin KİV-lərində geniş rezonansa səbəb olub. Xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsi, Azərbaycan-Rusiya və Azərbaycan-Türkiyə münasibətləri barədə səsləndirilən fikirlər xarici mətbuat orqanlarında geniş müzakirə olunmaqdadır. Xüsusən, "Ermənistanın cəbhədə ardıcıl təxribatlar törədir, böyük müharibəyə hazırlaşır", "Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə Azərbaycan Ordusunun qətiyyətli qələbəsi  yeni hakimiyyətə gəlmiş N.Paşinyanı çətin duruma saldı. Görünür, Paşinyan bunu hələ də həzm edə bilmir və revanş əldə etmək planları qurur", "Ermənistan cari il iyulun 12-16-da Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində təxribat törətmiş, lakin layiqli cavab almışdır", "Sentyabrın 20-də saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib" və sair kimi fikirlər xarici medianın diqqətini cəlb edib. Maraqlı məqam ondan ibarətdir ki, ölkə prezidentinin səylədiyi fikirlər Azərbaycam xalqının maraqlarının ifadəsi kimi qəbul olunur. Nəticə isə ondan ibarətdir ki,  Prezident İlham Əliyev beynəlxalq aləmdə xüsusi nüfuza malik siyasi liderdir, elə bu səbədən də onun mesajları xarici KİV-lərdə geniş müzakirə edilir. Digər tərəfdən, dövlət başçısının qeyd etdiyi fikirlər Azərbaycan vətəndaşlarının mövqeyini ifadə edir.  Milli Məclisin deputatı Məşhur Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsi ölkədə və regionda baş verən proseslərin inkişaf perspektivlərinin təhlili, dövlətimizin strateji hədəflərinin dəqiq sərhədlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Ermənistan Livandan və Suriyadan köçürülən erməniləri işğal altında olan Azərbaycan ərazilərində məskunlaşdırır ki, bu da ciddi demoqrafik problemlərlə qarşı-qarşıya qalan işğalçı ölkənin niyyətini açıq şəkildə ortaya qoyur: "Məlum olduğu kimi, istər Suriya, istərsə də Livan erməni terror təşkilatlarının məskən saldığı ölkələrdir. Biz bunu zaman-zaman müşahidə etmişik. Çox güman ki, Azərbaycan ərazilərinə də məhz həmin terror təşkilatlarının təmsilçiləri köçürülürlər. Bu köçürülmə məqsədli şəkildə həyata keçirilir. Çünki iyul hadisələrində rəsmən məğlub olan Ermənistan o məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir?"

Millət vəkilinin sözlərinə görə, əgər ermənilər öz çirkin əməllərindən əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq. Bunu cənab Prezident qətiyyətlə vurğuladı: "Dövlətimizin başçısının qeyd etdiyi fikirlər Azərbaycan vətəndaşlarının mövqeyini ifadə edir, həmvətənlərimizin ürəyindən xəbər verir. Bu baxımdan, əminəm ki, Prezident İlham Əliyevin dediyi kimi "Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31