Tofiq Yaqublu evə buraxıldı

Bu gün Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu barəsində olan həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə qərar qəbul edib.

Həbsdə olan zaman aclıq aksiyası keçirən Tofiq Yaqublunun vəziyyəti pisləşdiyindən onu Baku City Hospitala köçürmüşdülər. Bu gün ev dustağlığına buraxılan T.Yaqublu artıq xəstəxanadan da evə yola salınır.

Bu barədə  xəstəxanadan məlumat veriblər.

Qeyd olunub ki, hazırda Tofiq Yaqublunun yaxınları gəlib və xəstə evə yola salınıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31