Qurban Məmmədov İngiltərədə tapıldı
17 Sentyabr 2020 14:36 SiyasətTürkiyədə saxlanıldığı bildirilən Qurban Məmmədov İngiltərəyə yola salınıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, bu barədə onun oğlu Qoşqar Məmmədov məlumat yayıb.
O bildirib ki, Q.Məmmədov artıq İngiltərədədir və evinə getmək üçün yoldadır: "Əlavə narahatlığa ehtiyac yoxdur, Türkiyə ilə bağlı heç bir problem yoxdur".
Qeyd edək ki, bir neçə saat əvvəl Qoşqar Məmmədov atası Qurban Məmmədovun Türkiyədə saxlanıldığı haqda məlumat yaymışdı.
Azərbaycan Q.Məmmədovu beynəlxalq axtarışa verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31