Ermənistanın Suriyada mina təmizləmə oyunu

Ermənistanın Suriya və Livan istiqamətində xüsusi fəallaşması müşahidə edilməkdədir. Təbii ki, burada hır iki ölkədə kifayət qədər erməninin yaşaması da mühüm rol oynayır. Ancaq eyni zamanda Ermənistan özünü hər iki cəbhədə xeyirxah, humanist ölkə kimi göstərməyə çalışır.

Ermənistanın Suriya və Livan istiqamətində xüsusi fəallaşması müşahidə edilməkdədir. Təbii ki, burada hır iki ölkədə kifayət qədər erməninin yaşaması da mühüm rol oynayır. Ancaq eyni zamanda Ermənistan özünü hər iki cəbhədə xeyirxah, humanist ölkə kimi göstərməyə çalışır.  Belə ki, müntəzəm olaraq erməni lobbisinin diləndiyi maddiyat qarşılığında Suriyadakı ermənilərə yardımlar göndərən işğalçı ölkə eyni prosesi Livan istiqamətində də həyata keçirir. Belə ki, bir müddət əvvəl Livanda baş verən güclü partlayışdan sonra Ermənistan bu ölkədə yaşayan ermənilərə yardım kampaniyasına başladı. Sonradan isə partlayışdan ciddi ziyan görmüş erməniləri qeyri-qanuni olaraq işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirməyə başladı.

Son günlər isə bəzi erməni saytları məlumat yayıblar ki, Echimiədzində yerləşən "Humanitar mina təmizləmə və ekspertiza" mərkəzində təlim keçmiş Ermənistanlı mina təmizləyənlərin növbəti - 6-cı qrupu Suriyaya gedəcəklər. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib ki, bu məlumatı oxuduqda mina problemləri ilə məşğul olan hər bir insanın ağlına ilk gələn fikir "özünə umac ova bilmir başqasına əriştə kəsir" məşhur atalar məsəlimiz olur: "Belə ki, Ermənistan hökümətinin rəsmi məlumatına görə 5.7 km2 ərazinin minalarla çirkli olması təsdiq olunmuş və əlavə 3.8 km2 ərazidə isə minaların olması ehtimalı vardır. Ermənistanın 11 vilayətindən dördündə minalara rast gəlindiyi bildirilir. Aydın məsələdir ki, Azərbaycanla sərhəddə minalar vardır, Türkiyə ilə sərhəddə isə minalar hələ keçmiş SSRİ dövründə basdırılıb, Gürcüstanla sərhəd barəsində dəqiq informasiya verilmir. Rəsmi məlumatlara görə 2017-ci ildən Ermənistanda mina təmizləmə əməliyyatları aparılmır. "Gələcək imkanların qeyri-müəyyənliyi və maliyyə səbəbindən ümumiyyətlə Ermənistanda mina təmizləmənin son tarixi bilinmir".

Hafiz Səfixanov deyib ki, bunlar Ermənistan hökümətinin Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın hər il yenilənən "Landmine Monitor Report" layihəsinə verdiyi bu rəsmi məlumatlarlardır: "Əgər həqiqətən də Ermənistan Respublikası humanitar mina təmizləmə əməliyyatlarında səmimi iştirak etmək istəyirsə, minaların qadağan olunmasını nəzərdə tutan BMT konvensiyasına qoşulmasa da bu konvensiyadan irəli gələn məsələləri, birinci olaraq öz ərazilərini minalardan təmizləməklə insanlarının təhlükəsizliyini təmin etməli, piyadalar əleyhinə mina istehsalına və istifadəsinə son qoymalıdır. Ermənistanda istehsal olunan minalar sonradan Azərbaycanın işğal olunmuş ərazilərində istifadə olunur, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik dəfələrlə üzərində Ermənistanda istehsal olunduğu bildirilən minaları zərərsizləşdirmişdir. Məlumat üçün bildiririk ki, BMT standartlarına uyğun humanitar mina təmizləmə əməliyyatı böyük maliyyə vəsaiti tələb edir. Bütün bunlardan sonra kasıb Ermənistanın Suriyada humanitar mina təmizləmə missiyasında iştirak etməsi Ermənistandakı mina təmizləmə mərkəzinin indiyədək əsas donoru olmuş ABŞ-ı narazı salmışdır. ABŞ müxtəlif proqramlar çərçivəsində Ermənistanda və onun işğal altında saxladığı Azərbaycan ərazilərində humanitar mina aksiyalarının həyata keçirilməsinə küllü miqdarda maliyyə vəsaiti ayırmışdır. İndiyədək bu vəsait Ermənistana ayrılıqda, Dağlıq Qarabağda fəaliyyət göstərən Halo Trust təşkilatına ayrıca verilirdi. Lakin son zamanlar verilən məlumatlarda bildirilir ki, ABŞ höküməti bu maliyyə yardımlarını dayandırmaq qərarına gəlib və bu barədə Ermənistana bildirib. Aydın məsələdir ki, ABŞ-ın belə qərar verməsinə səbəb onun patronajı altında olmayan bir missiyada heç bir maliyyə imkanı olmayan Ermənistanın başqa bir ölkənin yedəyində gedərək Suriyada humanitar mina təmizləmə əməliyyatında iştirak etməsidir".

İctimai Birlik sədri deyib ki, maraqlı bir vəziyyət yaranıb: "Ermənistan maliyyə vəziyyəti imkan vermədiyinə görə öz ərazilərini minalardan təmizləyə bilmir, beynəlxalq donor ictimaiyyətindən kömək istəyir, amma Suriyada humanitar mina təmizləmə əməliyyatı həyata keçirməkdə iştirak edəcək. Belə yerdə başqa bir misal yada düşür: əlin yağlıdırsa öz başına çək".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31