Cəlaloğlu qardaşının həbsindən DANIŞDI: Yaxalanıbsa, yəqin ki, hansısa uzunmüddətli planı var
17 Sentyabr 2020 10:46 SiyasətQurban Məmmədovun həbsi ilə bağlı məndə hər hansı məlumat yoxdur. Bu barədə heç maraqlanmıram.
Bunu Axar.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovun həbsi ilə bağlı məlumatlarla bağlı danışarkən deyib. ADP sədri qardaşının Türkiyədə saxlanılması xəbərini mediadan eşitdiyini söyləyib:
"İnterpol axtarışında olduğu halda Türkiyəyə gəlibsə, deməli, nəticəsini də əvvəlcədən bilirdi. Əgər yaxalanıbsa, yəqin ki, hansısa uzunmüddətli planı var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31