İntizam komissiyası Siyavuş Novruzovun məsələsinə Baxmayacaq
“İntizam Komissiyasının sabahkı iclasında Siyavuş Novruzovun məsələsinə baxılmayacaq”. Bunu Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov bildirib. Komissiya sədrinin sözlərinə görə, deputat həmkarı ilə bağlı məsələnin komissiyaya aiddiyyatı yoxdur: “Hesab edirəm ki, məlum məsələyə aydınlıq gətirilib”.
16 Sentyabr 2020 16:11 Siyasət"İntizam Komissiyasının sabahkı iclasında Siyavuş Novruzovun məsələsinə baxılmayacaq". Bunu Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov bildirib. Komissiya sədrinin sözlərinə görə, deputat həmkarı ilə bağlı məsələnin komissiyaya aiddiyyatı yoxdur: "Hesab edirəm ki, məlum məsələyə aydınlıq gətirilib".
Eldar İbrahimov qeyd edib ki, sabahkı iclasda İntizam komissiyasının səlahiyyətləri müəyyənləşəcək: "Çünki Komissiyanın Əsasnaməsi olmalıdır. Hər bir deputat öz səlahiyyətlərini bilməlidir. Hesab edirəm ki, bunlar çox önəmli məsələlərdir". Qeyd edək ki, sabah Milli Məclisin İntizam Komissiyası və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçiriləcək.
Xatırladaq ki, Milli Məclisin Regional məsələlər komitəsinin Siyavuş Novruzov bir müddət öncə koronovirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin qaydalarını pozaraq, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakına görə, həm ictimai qınağa, həm də inzibati məsuliyyətə cəlb edildi. Bundan sonra Siyavuş Novruzov YAP icra katibinin müavini vəzifəsindən də istefa verdi. Bəzi iddialara görə, deputatın məsələsinə Milli Məclisin İntizam Komissiyasında da baxıla bilər.