Deputat: “Haylardan yenə də geosiyasi təzyiq aləti kimi istifadə edilir”
“Ukrayna Prezidenti Zelenskinin tapşırığıyla hazırlanan yeni milli təhlükəsizlik strategiyasında Azərbaycanın da adı vurğulanır. Daha dəqiqi bu sənəddə Azərbaycanla strateji tərəfdaşlıq Ukraynanın milli təhlükəsizliyinin təmin edilməsində önəmli bir faktor kimi dəyərləndirilir”.
16 Sentyabr 2020 12:19 Siyasət"Ukrayna Prezidenti Zelenskinin tapşırığıyla hazırlanan yeni milli təhlükəsizlik strategiyasında Azərbaycanın da adı vurğulanır. Daha dəqiqi bu sənəddə Azərbaycanla strateji tərəfdaşlıq Ukraynanın milli təhlükəsizliyinin təmin edilməsində önəmli bir faktor kimi dəyərləndirilir".
"Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, yeni milli təhlükəsizlik strategiyasında Ukraynanın strateji tərəfdaşları olaraq Azərbaycanla yanaşı qardaş Türkiyənin, Polşanın, Litvanın və Gürcüstanın adları çəkilir: "Məhz bu sənəd Ermənistanın 12 iyul təxribatını Ukraynanın birmənalı şəkildə pisləməsinin arxasındakı reallığı ortaya qoymaqla yanaşı, həm də qarşıda yeni geosiyasi dəyişikliklərə hazırlaşıldığından xəbər verir. Yeri gəlmişkən, çox güman ki, hayların Türkiyə Prezidenti cənab Ərdoğanın təbrincə desək, "boylarını aşan" təxribatçı davranışları da məhz bundan qaynaqlanır, onlardan yenə də geosiyasi təzyiq aləti kimi istifadə edilir. Bizim bəzi rusdilli informasiya resursları var ki, Ukraynanın şərqində baş verənlərlə bağlı yazılar qoyarkən bu reallığı nəzərə alsalar pis olmaz".