Niyə indiyə qədər qəhrəman Nuru Paşaya abidə ucaltmırıq?
“15 sentyabr Türkiyə -Azərbaycan qardaşlığının şərəfli tarixinin ən parlaq səhifələrindən biridir. 102 il bundan öncə - 1918-ci ilin bu günü Nuru Paşanın rəhbərliyi altında Qafqaz Islam Ordusu Bakını, Qarabağı, Şirvanı, Lənkəranı, Qubanı və digər bölgələrimizi başkəsən erməni yaraqlılarından azad etmişdir.
15 Sentyabr 2020 14:15 Siyasət"15 sentyabr Türkiyə -Azərbaycan qardaşlığının şərəfli tarixinin ən parlaq səhifələrindən biridir. 102 il bundan öncə - 1918-ci ilin bu günü Nuru Paşanın rəhbərliyi altında Qafqaz Islam Ordusu Bakını, Qarabağı, Şirvanı, Lənkəranı, Qubanı və digər bölgələrimizi başkəsən erməni yaraqlılarından azad etmişdir. Bu, əslində, o keşməkeşli və mürəkkəb tarixi dönəmdə Azərbaycanımızı məhv olmaqdan xilas etmək idi". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, Nuru Paşanın və onun qəhrəman əsgərlərinin Rusiyanın, Avropanın arxa durduğu erməniləri əzib torpaqlarımızdan qovması böyük tarixi əhəmiyyətə malikdir. Bu bir həqiqətdir ki, Qafqaz İslam Ordusu torpaqlarımızı düşməndən təmizlənməsəydi, nəinki Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu,eləcə də sonrakı tariximiz sual altında qalardı:
"Biz yenidən müstəqilliyimizə qovuşmusuq. Hər bir xalq üçün müstəqillikdən, azadlıqdan üstün heçnə ola bilməz. Lakin bu müstəqilliyi bizə qazandıran böyuk insanların qədrini bilirikmi? Niyə indiyə qədər qəhrəman Nuru Paşaya abidə ucaltmırıq? Niyə özümüzə sual vermirik ki, Nuru Paşa olmasaydı aqibətimiz necə olardı? Şübhəsiz ki, Bakı da, digər bölgələrimiz də, öz nefti, gazı, bütün sərvətləri, dənizi ilə ermənilərə qismət olacaqdı. Bu gün bu nemətlərdən geninə, boluna yararlananlar heç olmasa, bu şərəfə, o, mərd Türk Oğluna heykəl qoysunlar!"