Ermənistanın qanunsuz məskunlaşdırma fəaliyyəti hərbi cinayətdir

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanunu məskunlaşdırma prosesini sürətlə davam etdirir. Artıq bir müddətdir ki, Suriya və Livandan gətirilən erməni ailələri Azərbaycanın işğal edilmiş müxtəlif ərazilərində məskunlaşdırılır.

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanunu məskunlaşdırma prosesini sürətlə davam etdirir. Artıq bir müddətdir ki, Suriya və Livandan gətirilən erməni ailələri Azərbaycanın işğal edilmiş müxtəlif ərazilərində məskunlaşdırılır. Bütün dünyanın gözü qarşısında baş verən bu qeyri-qanuni məskunlaşmaya təəssüflər olsun ki, beynəlxalq təşkilatlar heç bir reaksiya vermir. Bu isə işğalçı ölkənin əl-qolunu daha da açır. Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Suriyadan sonra indi də Livan ermənilərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirmək cəhdi bu düşmənçiliyinin əyani göstəricisidir. Onun sözlərinə görə, Livandakı partlayışdan sonra həmin ölkədə yaşayan sadə erməniləri saxta təbliğat və yalan vədlərlə Azərbaycanın işğal olunmuş torpaqlarına köçməyə həvəsləndirmək erməni riyakarlığının növbəti təzahürüdür: "Əlbəttə ki, Livan ermənilərini Dağlıq Qarabağa köçürmək cəhdi işğalçı Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir və bir dövlətin işğal olunmuş ərazilərində başqa bir dövlət tərəfindən qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi beynəlxalq hüquqa təhdiddir. Ermənistan qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti, etnik quruluşu zorla və süni şəkildə dəyişməyə çalışır. Ermənistanın məqsədi Dağlıq Qarabağ bölgəsində qanunsuz olaraq 500 minə qədər erməni məskunlaşdırmaqla bölgənin etnik tərkibini dəyişməkdir. Lakin o da faktdır ki, qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması deməkdir. Eyni zamanda, müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. Bu da o deməkdir ki, Ermənistanın qanunsuz məskunlaşdırma fəaliyyəti beynəlxalq hüququn kobud şəkildə pozulması ilə yanaşı hərbi cinayətdir".

Deputat deyib ki, beynəlxalq təşkilatlar Ermənistanın qanunsuz məskunlaşma siyasətinin qarşısı qətiyyətlə almalı, təcavüzkar dövlətə sanksiyalar tətbiq etməlidirlər: "Ermənistan və separatçı rejim qanunsuz məskunlaşdırma siyasətinin ciddi reaksiya doğuracağını bilə-bilə siyasi təxribata əl atır. İrəvan açıq şəkildə bölgənin demoqrafik quruluşunu dəyişmək və regionun işğalını qanunləşdirmək üçün kart-blanş əldə etməyə çalışır. Ermənistan rəhbərliyinin məqsədi danışıqlar prosesini tamamilə məhv etmək və işğal olunmuş Azərbaycan ərazilərinin ilhaqına nail olmaqdan ibarətdir. Belə bir niyyət isə Cənubi Qafqazda siyasi-hərbi eskalasiyanı dərinləşdirə bilər. Bu zaman bütün məsuliyyət Ermənistan tərəfinin üzərində olacaq. Belnəlxalq təşkilatlar bu məqamı xüsusilə diqqətə almalı və Ermənistana münasibətdə ikilistandartlı siyasəti aradan qaldırmalı, işğalçını adı ilə çağırmalı, beynəlxalq hüquqa zidd bütün əməllərinin qarşısını almaq üçün hərəkətə keçməlidir".

Politoloq Məhəmməd Əsədullazadə isə qeyd edib ki, Ermənistan Baş naziri Nİkol Paşinyan ötən gün Şuşada asma körpünün açılışını etdi və Livandan yeni erməni ailələrini Qarabağa köçürür. Onun sözlərinə görə, bir tərəfdən də işğal olumuş ərazilərdə yeni qanunsuz hərbi birləşmələr yaradır: "Göründüyü kimi Ermənistan tərəfi müharibəyə hazırlaşır və danışıqlara getmir. Bunun arxasında Rusiya durub. Ötən ay Azərbaycan XİN rəhbərinin Moskva səfəri və Rusiya MN Şoyqunun Bakı səfərində aparılan danışıqlarda razılıq əldə olunmadı. Çünki, Rusiyanın təklifləri Azərbaycanı qane etməyib. Azərbaycanın Türkiyə ilə birgə hərəkəti və türk qoşunlarının yeni təlimlər üçün Azərbaycanda qalması, Rusiyadan yeni silahların alınmaması və Türkiyə qoşunlarının Moskvanın bağlı qapılar arxasında tələbinə baxmayaraq Azərbaycanda çıxarılmaması fonunda, Kreml Ermənistanı yeni müharibəyə sövq edə bilər. Azərbaycan Rusiyanın Xəzərdə "Qafqaz-2020" təlimlərinə də qatılmamalıdır. Necə ki, quru qoşunlarının təliminə qatılmadı".

Poilitoloq bildirib ki, Ermənistan tərəfi Azərbaycanın yeni ərazilərinə hücum edə bilər: "Bu kimi çağırışları biz qarşı tərəfdən eşidirik. Bunu prezidentin köməkçisi Hikmət Hacıyevdə də qeyd edib. Ermənistanın əsas hədəfi yeni ərazilər ilhaq edib, Azərbaycanı mövcud vəziyyətlə barışdırmaqdır. Bu, planın başlanması Ermənistan üçün fəlakət ola bilər. Azərbaycan yeni eskalasiyada işğal olunmuş əraziləri işğalan azad edə bilər. Necə ki, Ermənistanın Tovuz təxribatları fiaskoya uğradı. Yeni hərbi toqquşma baş verərsə, Ermənistan tam məğlub olacaq. Rusiyanın Ermənistana silah daşıması, heç də Ermənistanın güclənməsi deyil. Artıq, Bu döyüş əməliyyatlarını TSK idarə edə bilər. Qeyd edim ki, Qarabağ danışıqları tam iflas olub. Ermənistan tərəfi qəti konstruktiv danışıqlara hazır deyil və bunun arxasında Moskva durub. ATƏT Minsk qrupunun da təqdim edəcəcəyi heç bir varinat yoxdur".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31