Ramiz Mehdiyev parlamentdəki müxalifət partiyasının lideri olur
Qalmaqallı toy məsələsindən sonra dövlət qurumları və cəmiyyət tərəfindən haqlı qınaq obyektinə çevrilən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin indi də aktiv siyasi proseslərə qoşulacağı barədə xəbərlər dolaşmaqdadır.
12 Sentyabr 2020 10:29 SiyasətQalmaqallı toy məsələsindən sonra dövlət qurumları və cəmiyyət tərəfindən haqlı qınaq obyektinə çevrilən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin indi də aktiv siyasi proseslərə qoşulacağı barədə xəbərlər dolaşmaqdadır. "OLAYLAR"-a daxil olan məlumata görə, sabiq Administrasiya rəhbəri ətrafında siyasi müxalifət formalaşdırmaq istiqamətində hərəkətə keçib. Mənbənin verdiyi xəbərə görə, hətta AMEA rəhbərinə yaxın dairələr bu məqsədlə müxalifət düşərgəsində təmsil olunan bir neçə nüfuzlu partiya rəhbərliyi ilə danışıqlar aparıb. Lakin müxalifət partiya liderləri Ramiz Mehdiyevin siyasi perspektivinə etibar etmədiyi üçün onunla müttəfiqlikdən imtina ediblər.
Sonrakı mərhələdə isə sabiq Administrasiya rəhbərinin parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə danışıqlar apardığı bildirilir. Məlumata görə, qanunverici orqanda təmsil olunan müxalifət partiyalardan biri AMEA prezidentinin əməkdaşlıq təklifini qəbul edib və Ramiz Mehdiyev qeyri-rəsmi olaraq o partiyanın lideri elan olunub. Həmin partiya sədrinin qanunverici orqanda təmsil olunmasına illər öncə məhz Ramiz Mehdiyev tərəfindən xeyir-dua verilib. Sözügedən partiya rəhbəri isə bir qayda olaraq parlamentdəki çıxışlarında daha çox Rusiyaya rəğbətyönümlü ifadələrə üstünlük verib.