Nəğməkar şair Cəlal Qurbanov və jurnalist Mintac Elsevərdən YENİ LAYİHƏ -"Qarabağın səsi "
11 Sentyabr 2020 14:39 Siyasətİşğal olunan torpaqlarımızla bağlı vətənpərvər ruhda hazırlanan layihələr sırasına daha biri əlavə olunub. Müdafiə Nazirliyinin dəstəyi ilə ərsəyə gələn layihə eksklüziv olaraq Mtv Azərbaycan kanalına təqdim olunub. "Qarabağın səsi " layihəsinin ideya muəllifi nəğməkar şair Cəlal Qurbanov, layihənin rəhbəri isə jurnalist Mintac Elsevərdir. Ekran işini digərlərindən fərqləndirən cəhət, onun "Çahargah" muğamının
"Mayeyi Çahargah", "Bəstənigar", "Müxalif", "Mənsuriyyə", "Üzzal" şöbələrində ifa olunması, mahnıda səslənən silah səslərinin isə əslində zərb alətlərində ifa olunmasıdır. Mahnının oranjemanını əməkdar artist Əliağa Sədiyev edib.
Klipdə xalq artisti Nurəddin Mehdixanlı ilə yanaşı, muğam müsabiqəsinin qalibləri və iştirakçıları yer alıblar. İştirakçıların stili üzərində Gülya Vəkilova və Elnur Hüseynov çalışıb. Ekran işinin rejissorluğu isə Cəlal Kəngərliyə həvalə olunub