Aydın Quliyev: "Azərbaycanın Qoşulmama Hərəkatı  üzvlüyü və sədrliyi bu hərəkatın tarixində yeni bir səhifədir"

“Dünya Qoşulmama Hərəkatı ilə Azərbaycanın əlaqələri müasir beynəlxalq münasibətlər sisteminin nəzərlərə çarpan bir təzahürüdür. Çünki bu həm Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir, həm də Qoşulmama Hərəkatı Azərbaycanla əməkdaçlığın inkişafında yeni səhifələr açmaqla əslində yeni bir inkişaf mərhələsinə daxil olub. Qoşulmama Hərəkatı ilə Azərbaycanın bağlılığı 2011 –ci ildə başlayıb və cəmi 9 il ərzində əldə olunna nəticələrin təhlili göstərir ki, Azərbaycanla hərəkatın özü bu qısa müddətdə başqa ölkələrlə münasibətdə olduqca böyük və məzmunlu bir yol leçib.” Bu fikirləri Olaylar.az-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

"Dünya Qoşulmama Hərəkatı ilə Azərbaycanın əlaqələri müasir beynəlxalq münasibətlər sisteminin nəzərlərə çarpan bir təzahürüdür. Çünki bu həm Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir, həm də Qoşulmama Hərəkatı Azərbaycanla əməkdaçlığın inkişafında yeni səhifələr açmaqla əslində yeni bir inkişaf mərhələsinə daxil olub. Qoşulmama Hərəkatı ilə Azərbaycanın bağlılığı 2011 -ci ildə başlayıb və cəmi 9 il ərzində əldə olunna nəticələrin təhlili göstərir ki, Azərbaycanla hərəkatın özü bu qısa müddətdə başqa ölkələrlə münasibətdə olduqca böyük və məzmunlu bir yol leçib."

Bu fikirləri Olaylar.az-a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

Aydın Quliyev qeyd edir ki, Azərbaycanın bu təşkilat üçün önəmi qəbul olunandan az sonra sədrlik statusuna sahiblənməsidir:

"Bu da onu göstərir ki, həm Azərbaycan beynəlxalq münasibətlər sistemində önəmli rol oynayır, həm də Qoşulmama Hərəkatının üzvləri Azərbaycanın roluna xüsusi və təqdirəlayiq yanaşırlar. Hərəkatla Azərbaycanın münasibətləri bir-birinə qarşılıqlı fayda vermək və bir-birini dəstəkləmək prinsipi üzərində qurulur. Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətinə özünün üzvlük və sədrlik etdiyi dövrdə yeni nəfəs gətirib. Eyni zamanda Qoşulmam Hərəkatı da Azərbaycanın problemlərinə laqeyd yanaşmayıb. Yəni, təşkilatla Azərbaycanın əməkdaşlığı tam bir-birini anlama şəraitində davam edir. Hər iki tərəf bir-birlərinin mövqelərinə dəstək verməklə əməkdaşlığın məzmununu daha da dərinləşdirirlər."

Qoşulmama Hərəkatı dünyanın nüfuzlu beynəlxalq təşkilatı kimi Azərbaycanın ərazi bütövlüyünə birmənalı şəkildə dəstək verdiyini bildirən Aydın Quliyev vurğulayır ki, təşkilat  ermənistanın təcavüzkar siyasətini pisləyib və özünün də  daxilində müəyyən ziddiyyət və problemlərin olmasına baxmayaraq, Qarabağ probleminin həlli sahəsində beynəlxaq hüquqi normalara uyğun olaraq Azərbaycana dəstək verib:

"Eyni ilə də bu təşkilatın strukturlarının möhkəmlənməsi, beynəlxalq nüfuzun artırılmasında Azərbaycanın atdığı addımların xüsusi önəmi var. Azərbaycan ilk dəfə olaraq müasir dünya sistemində Qoşulmama Hərəkatı üzvləri ilə müəyyən regional təmsilçilik prinsipi üzərində video konfrans formatında görüş keçirib. Azərbaycan prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatı koronavirus pandemiyası ilə mübarizə çərçivəsində dünyada ilk olaraq video konfrans keçirdi. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı keçirilən konfransda ilk dəfə olaraq dünyanın nüfuzlu təşkilatları da qoşulub. O cümlədən Azərbaycanın təşəbbüsü ilə Avropa Birliyinin nümayəndəsi, BMT və Afrika Birliyi Təşkilatının rəhbərliyi də qeyd olunan konfranslara  qatılıb. Bu da əslində  Qoşulmama Hərəkatının dünya üzrə nüfuzunun və mövqeyinin möhkəmləndirilməsinə öz təsirini göstərib. Təsadüfi deyil ki, Azərbaycan prezidenti Azərbaycanın sədrliyi dövründə qarşıda duran vəzifələrdən danışarkən bu hərəkatın dünyada nüfuzunun daha da möhkəmlənməsi üçün Azərbaycanın imkanları daxilində ola biləcək bütün imkanlardan birmənalı şəkildə istifadə ediləcəyini bəyan etdi. Eyni zamanda Azərbaycan prezidenti Qoşulmama Hərəkatının  Avropa Birliyi ilə əlaqələrin daha da yaxınlaşdırılması istiqamətində gərəkli addımların atılacağını qeyd edib."

Siyasi ekspert qeyd edir ki, Azərbaycanın Qoşulmama Hərəkatı  üzvlüyü və sədrliyi bu hərəkatın tarixində yeni bir səhifədir və Qoşulmama Hərəkatı dünyada mövqeyini möhkəmləndirilməsində Azərbaycan bu gün görülən işlərdən daha artıq iş görməyə qadirdir və bu siyasətdən də geri çəkilməyəcək. Qoşulmama Hərəkatı  ilə Azərbaycanın əməkadaşlığı hər iki tərəfin mənafeyinə uyğunudur və bütünlükdə dünyada sülh və təhlükəsizlik mənafeyinə xidmət edir.

***

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31