Son xəbər
SosialBakıda ilk AQEM Media Forumu öz işinə başlayıb
DünyaHər şey çox tezliklə, bu və ya digər şəkildə bitəcək – ABŞ prezidenti Hörmüz və İran barədə
Dünyaİlon Mask Pentaqonda yüksək vəzifə alacaq
SosialPul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər
SiyasətBakıda CAMCA Regional Forumu keçirilir
SosialGündə 1 çay qaşığından çoxu zərərlidir: Təzyiq xəstələrinin uzaq durmalı olduğu 3 qida
SosialEvlərin divarına folqa sarımağa başladılar
SiyasətLitva və Azərbaycan regional təhlükəsizlik məsələlərini və Aİ ilə əlaqələri müzakirə edib
SosialAzərbaycan Ordusunun Baş Qərargah rəisi Türkmənistanın hərbi nümayəndə heyəti ilə görüşüb
SosialSabahdan hava kəskin dəyişəcək, temperatur 8 dərəcəyədək enəcək – XƏBƏRDARLIQ
Seçilən qəzet | Seçilən agentlik
18 °
Menü
  • Sosial
  • Hadisə
  • Siyasət
    • Xarici siyasət
    • Ordu
    • Diaspora
    • Daxili siyasət
  • İqtisadiyyat
    • Turizm
    • Sənaye
    • Neft qaz
    • Energetika
    • İKT
    • Nəqliyyat
    • Tikinti
    • Maliyyə
    • Biznes
    • Sərgilər
  • Dünya
    • Yer üzünə səyahət
  • Güney
  • Müsahibə
  • Problem
  • Mədəniyyət
    • İncəsənət
    • Musiqi
    • Teatr və kino
  • Kriminal
  • Din
  • İdman
  • Rəylər
  • Ru
  • En
  • Peşə etikası

Azərbaycanla Türkiyə “Bir millət, iki dövlət” şüarı ilə hər zaman bir-birinin yanındadır

7 Sentyabr 2020 14:10 Siyasət

Azərbaycan ilə Türkiyə "Bir millət, iki dövlət" şüarı ilə hər zaman bir-birinin yanındadır. Qardaş Türkiyənin iqtisadiyyatdan xarici siyasətədək hər sahədə əldə etdiyi uğurlara Azərbaycan ürəkdən sevinir. Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, ilk növbədə, hər iki ölkənin qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərir. Bu baxımdan hər iki ölkənin dövlət və özəl media qurumlarının yaxın əməkdaşlığı bu əlaqələrin daha da güclənməsinə əhəmiyyətli dərəcədə fayda verəcək. Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun və bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə görüşündə bildirib.

Hikmət Hacıyev televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsinin, mütəxəssis mübadilə proqramlarının hazırlanmasının, eləcə də texnologiya sahəsində əməkdaşlığın hər iki ölkəyə qarşı həyata keçirilən qaralama kampaniyası ilə mübarizədə də əhəmiyyətli rol oynayacağını bildirib.

Dünən olduğu kimi, bu gün də Türkiyə ilə Azərbaycanın "bir millər, iki dövlət" şüarı altında hərəkət etdiyini, prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin bu anlayışı sadəcə sözdə deyil, əməldə də dünyaya nümayiş etdirdiklərini deyən Fəxrəddin Altun bütün sahələr üzrə əlaqələrin, o cümlədən beynəlxalq və regional mövzularda iki ölkənin qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. F.Altun ölkələrimiz arasında qardaşlıq əlaqələrinin son illər artan əməkdaşlıq layihələri ilə daha da möhkəmləndiyini bildirib. O, Türkiyə ilə Azərbaycan arasında media əlaqələri və ictimai diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsinin, bu sahələrdəki imkanların birləşdirilməsinin hər iki ölkə üçün mühüm rol oynadığı diqqətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfərinin əsas məqsədi Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsini həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirməkdir.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov daxildir.

Nümayəndə heyətini Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və ölkəmizin İstanbuldaki baş konsulu Nərminə Mustafayeva müşayiət edirlər.

 
    
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Yunus Oğuzun bloqu

Oxunanlar

01
Siyasət

Siyasətdən məhkəməyə: Türkiyə və İsrail arasında hüquq savaşı başlayır? – ÖZƏL

28 Sentyabr 16:48

Siyasətdən məhkəməyə: Türkiyə və İsrail arasında hüquq savaşı başlayır? – ÖZƏL

02
Siyasət

Türkiyəni təxribata çəkmək istəyirlər- ÖZƏL

28 Sentyabr 14:22

Türkiyəni təxribata çəkmək istəyirlər- ÖZƏL

03
Sosial

Göyçay rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb-Özəl

29 Sentyabr 15:25

Göyçay rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb-Özəl

04
Siyasət

Kürmük məbədi mübahisəsi və “Rusiya izi”: Bakı-Tiflis münasibətləri risk altındadırmı?- ÖZƏL

30 Sentyabr 15:38

Kürmük məbədi mübahisəsi və “Rusiya izi”: Bakı-Tiflis münasibətləri risk altındadırmı?- ÖZƏL

05
Siyasət

Dövlət adından danışmaq böyük məsuliyyət tələb edir- ÖZƏL

29 Sentyabr 11:57

Dövlət adından danışmaq böyük məsuliyyət tələb edir- ÖZƏL

06
Siyasət

İqtisadiyyatdan vahid orduya: Türk Dövlətləri Təşkilatının yeni mərhələsi – ÖZƏL

29 Sentyabr 19:42

İqtisadiyyatdan vahid orduya: Türk Dövlətləri Təşkilatının yeni mərhələsi – ÖZƏL

07
Siyasət

Şərqi Avropada eskalasiya pik həddə: Baltikyanı ölkələr böyük döyüşə hazırlaşır? – ÖZƏL

28 Sentyabr 15:28

Şərqi Avropada eskalasiya pik həddə: Baltikyanı ölkələr böyük döyüşə hazırlaşır? – ÖZƏL

Xəbər lenti

Sosial

Bakıda ilk AQEM Media Forumu öz işinə başlayıb

10:06
Dünya

Hər şey çox tezliklə, bu və ya digər şəkildə bitəcək – ABŞ prezidenti Hörmüz və İran barədə

10:03
Dünya

İlon Mask Pentaqonda yüksək vəzifə alacaq

10:02
Sosial

Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

10:01
Siyasət

Bakıda CAMCA Regional Forumu keçirilir

09:59
Sosial

Gündə 1 çay qaşığından çoxu zərərlidir: Təzyiq xəstələrinin uzaq durmalı olduğu 3 qida

09:57
Sosial

Evlərin divarına folqa sarımağa başladılar

09:56
Siyasət

Litva və Azərbaycan regional təhlükəsizlik məsələlərini və Aİ ilə əlaqələri müzakirə edib

30 Sentyabr 21:11
  • Agentlik haqqında
  • Əlaqə

© 2026 «Olaylar» qəzeti və informasiya agentliyi. Bütün hüquqlar qorunur.