Cəsarət Hüseynzadə: “Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır”

“Ermənistan  hökuməti regionda atəşlə oynayır. Paşinyan hökuməti Ermənistanın daxili problemlərini regionda sülh şəraitini pozmağa cəhd etməklə aradan qaldırmağa çalışır. Lakin unudur ki, hər döyüşdən sonra nökər kimi ağalarının ətəyindən yapışaraq kömək istəməyə məhkumdur.” Bu fikirləri Olaylar.az-a açıqlamasında "QHT.az" saytının rəhbəri, İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri Cəsarət Hüseynzadə bildirib.

"Ermənistan  hökuməti regionda atəşlə oynayır. Paşinyan hökuməti Ermənistanın daxili problemlərini regionda sülh şəraitini pozmağa cəhd etməklə aradan qaldırmağa çalışır.

Lakin unudur ki, hər döyüşdən sonra nökər kimi ağalarının ətəyindən yapışaraq kömək istəməyə məhkumdur."

Bu fikirləri Olaylar.az-a açıqlamasında "QHT.az" saytının rəhbəri, İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri Cəsarət Hüseynzadə bildirib.

İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri son günlər sərhəd bölgəsində erməni tərəfinin aktivlik nümayiş etdirməsi qorxu hissindən başqa bir şey olmadığını bildirir:

"Xüsusən Azərbaycan və Türkiyə hərbi əməkdaşlığının sürətlə inkişafı erməniləri qorxuya salıb. Buna görə, vəziyyəti gərginləşdirməklə, Ermənistan Rusiyanın  diqqətini bir daha bölgəyə çəkməyə çalışır.

Çünki Tovuz hadisələri zamanı ermənilər Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək formada şahidi oldular. Eyni zamanda ermənilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv dövlətlərinin də dəstəyini ala bilmədilər. Təkcə Rusiya fərdi qaydada müxtəlif bəhanələr ilə Ermənistana yardım edir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən də bununla bağlı ciddi sürətdə Rusiya tərəfindən narahatlıqlar çatdırılıb.

Eyni zamanda ermənilər beynəlxalq səviyyədə Azərbaycan diasporası ilə qarşı qarşıya qaldılar və layiqli cavablarını aldılar."

Cəsarət Hüseynzadə təəssüflə qeyd edir ki, bir çox hallarda beynəlxalq qurumlar da baş verən hadisələrə ikili standartlarla yanaşırlar:

"Öz maraqlarına uyğun olduqda bir neçə gün ərzində BMT Təhlükəsizlik Şurası yığışaraq beynəlxalq hüququ pozmuş ölkəyə qarşı hərbi müdaxiləyə qərar verirlər. Həmin vəziyyət başqa ölkə ilə bağlı olduqda isə təəssüf super güclər 27 ildir ki, susur.  Məsələn, Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884 saylı) qəbul olunsa da, bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunsa da, bu tələblər indiyə qədər də yerinə yetirilməyib.

Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı və dövləti ölkə ərazisinin bir qarış torpağını da düşmənə güzəştə getməyə razı ola bilməz.  Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Ordumuzda ruh və vətənpərvərlik hissləri olduqca yüksəkdir. Ölkə əhalisi ilə silahlı qüvvələr arasında sıx vəhdət var. Orduya inam və dəstək ən yüksək səviyyədədir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31