Azərbaycan ordusu cəbhə bölgəsində strateji üstünlüyə malikdir
XİN-dən bildirilib ki, təcavüzkar Ermənistanın son zamanlar Xarici İşlər naziri səviyyəsində verdiyi açıqlamalarda münaqişənin sülh yolu ilə həlli danışıqlarının bərpa olunması cəhdlərini müşahidə edilir
7 Sentyabr 2020 12:58 SiyasətÖzünü yazıq, guya təzyiq altında olan bir xalq kimi qələmə verməyə çalışan ermənilər dünyaya sülh çağırışı etməklə yanaşı, müharibə təbliğatını da davam etdirirlər. Yeni hərbi kampaniyaya başlayan Ermənistan hərbi könüllülər dəstələri yaratmaqla ölkəmizi Gəncənin vurulması ilə hədələyir. Ümumiyyətlə Ermənistan rəsmilərinin son açıqlamaları danışıqlar prosesini pozmağa, beynəlxalq müstəvidə Madrid prinsiplərinin üzərindən xətt çəkməyə hesablanıb. Bu isə o deməkdir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və yeni hərbi kampaniyaya başlamaq niyyəti güdür. XİN-dən bildirilib ki, təcavüzkar Ermənistanın son zamanlar Xarici İşlər naziri səviyyəsində verdiyi açıqlamalarda münaqişənin sülh yolu ilə həlli danışıqlarının bərpa olunması cəhdlərini müşahidə edilir: "Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf rayonlarından Ermənistanın işğalçı qüvvələri çıxacağı təqdirdə, nə atəşkəsə, nə onun möhkəmləndirilməsinə, nə də araşdırma mexanizminə ehtiyac qalmayacaq. Görünən odur ki, Ermənistan yenə də riyakarlıqla məşğuldur. Bir tərəfdən sülh prosesindən danışdığı halda, digər tərəfdən iki ölkənin sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın ardınca təmas xəttində sabotaj aktı törətməyə cəhd göstərmiş, Azərbaycan şəhərlərinin bombalanması hədələri ilə çıxış etmiş və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirməkdədir. Bundan əlavə, Ermənistan Baş nazirinin və Xarici İşlər nazirinin danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməsi və heç bir hüquqi, siyasi əsası olmayan iddialarla çıxış etməsi danışıqların pozulması məqsədi daşıyır".
xxx
Erməni ideoloqlarının sərsəmələrinə baxmayaraq fakt ondan ibarətdir ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə təfərdardardır və bu mövqeyini açıq şəkildə ortaya qoyub. Lakin bu mövqe heç bir halda Azərbaycanın işğal altında olan torpaqlarının hərb yolu ilə azad edilməsi hüququnu əlindən almır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın güclü və qüdrətli ordusu var, Azərbaycan ordusu ən müasir hərbi texnika ilə təchiz olunub, hərbçilərin psixoloji durumu ən yüksək səviyyədədir. Nəsimi rayon gənci Zeynəb Hüseynova qeyd edib ki, bununla Azərbaycan Milli Ordusu yenidən öz gücünü nümayiş etdirdi: "Cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə, məsuliyyət birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bunu bütün dünya da görür və yaxşı başa düşür. Azərbaycan öz ərazilərinin işğalı ilə heç zaman barışmayacaq. Düşməni susdurmaqsa bizim VƏTƏN qarşısında müqəddəs borcumuzdur. Gələcək nəsillərə belə bir ağır yükü qoyub getməyə ixtiyarımız yoxdur. Bu gün bizi şərəflə qoruyan Azərbaycan əsgəri - səninlə fəxr edirəm. Bu vətənin namusu sənə əmanətdir. Üzərində gəzdiyimiz torpağın əmin-amanlığını şərəfinlə qoruduğun üçün sənə minnətdaram". Nəsimi rayon təhsil işçisi Xatirə Fehruzzadə qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir: "Lakin biz müharibə şəraitində yaşayırıq, ölkə ərazisinin 20 faizi işğal altındadır. Düşmən ölkə tərəfindən beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Beynəlxalq hüquq normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar etməlidir. 2020-ci il iyulun 12-dən etibarən Ermənistan tərəfindən yenidən atəşkəs rejimi kobudcasına pozulmuşdur. Ermənistan silahlı qüvvələri ağır artilleriya qurğularından istifadə etməklə dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etmişdir. Bu hadisə bir daha sübut etdi ki, Ermənistan tərəfi öz təcavüzkar siyasətindən əl çəkmək niyyətində deyil. Azərbaycan ordusu düşmənə layiqli cavab verərək onu geri otuzdurmuşdur. Lakin heç bir qələbə itkisiz olmur. Azərbaycanın igid oğulları Vətənlərini öz canları bahasına müdafiə edirlər. Düşmənin təcavüzkar hücumu nəticəsində adları tarix səhifələrinə qızıl həriflərlə yazılacaq qəhrəman oğullarımızı şəhid verdik. Onların ruhu qarşısında hörmətlə baş əyir, Allahdan rəhmət diləyirik. Əslində Ermənistan hökuməti cəbhə bölgəsində gərginliyi artırmaqla diqqəti başqa səmtə yönəltmək fikrindədir. Çünki son zamanlar ölkə daxilində hakimiyyətə qarşı narazılıq artmışdır. Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura rejimi qurub. Azərbaycan sərhədində təxribat yaratmaqla xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı probləmləri ört-basdır etməyə çalışır. Paşinyan hökuməti beynəlxaq aləmdə də öz nüfuzunu itirməkdədir. Ermənistandan fərqli olaraq Azərbaycanın nüfuzu beynəlxalq aləmdə günü-gündən artmaqda davam edir. Prezident İlham Əliyevin həyata keçirtdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm daxili gücünü artırmış, həm də dünyada öz sözünü deyən qüdrətli dövlətə çevrilmişdir. Prezidentin çoxsaylı qərarları nəticəsində ordu quruculuğu sahəsində görülən işlər nəticəsində Azərbaycan ordusu bu gün cəbhə bölgəsində strateji üstünlüyə malikdir".
Bir daha xatırladaq ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyatı əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məqlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Xüsusən, ürməni qəsbkarlarına qarşı mübarizə aparan igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Odur ki, erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir.
Zəka
Olaylar.az