"Həmsədrlərin çıxışları kağız üzərində qalmamalıdır" -MÜNASİBƏT

“Ermənistanın işğal etdiyi ərazilərimizdəki su ehtiyatlarından cəbhə xəttinə yaxın bölgələrdə yaşayan azərbaycanlı əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə etməsi ilk hal deyil".

"Ermənistanın işğal etdiyi ərazilərimizdəki su ehtiyatlarından cəbhə xəttinə yaxın bölgələrdə yaşayan azərbaycanlı əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə etməsi ilk hal deyil".

Olaylar.az xəbər verir ki, bunu millət vəkili Arzu Nağıyev deyib.

Deputatın sözlərinə görə, ermənilər artıq tam şəkildə Azərbaycanın işğal olunmuş ərazilərində təhlükəsizliyə mühüm təhdidlər edirlər. Bu həm ekoloji, hərbi, etnik, həm də digər dövlətlərdən terrorist təşkilatlarını müxtəlif milli, etnik qruplar adından gətirib yerləşdirmələridir. Son vaxtlar da təkcə işğal olunmuş ərazilərimiz istiqamətində deyil, bir sıra rayonlarda Tovuzda, Ağstafada və digər istiqamətlərdə işğalçı Ermənistan su mənbələrinin qarşısını almağa çalışır. Bu birmənalı şəkildə aparılan hibrid müharibənin bir elementidir. Bunu ermənilər işğal olunmuş ərazilərdə Azərbaycan qarşı istifadə edirlər. Bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə çıxış ediblər. Amma buna baxmayaraq hesab edirəm ki, bütün bunlar kağız üzərində qalmamalıdır. Bunun bir icra mexanizmi olmalıdır. Ermənilər sərhədyanı rayonlarda əkin-biçin vaxtı ərazilərimizi atəşə məruz qoyurlar və suvarma sistemlərinin qarşısını kəsirlər. Bu ermənilər tərəfindən azərbaycanlılara qarşı tətbiq olunan həmin o təhdidlərdir. Bunu da qarşısının alınması üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri səviyyəsində yeni bəyanatlar verilməlidir və verdiyi bəyanatlara hörmətlə yanaşaraq icrasını həyata keçirməlidir".(Sia.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31