Koronavirusa yoluxan Binəli Yıldırım səhhəti ilə bağlı DANIŞDI
Koronavirusa yoluxan Türkiyənin keçmiş baş naziri, sabiq nəqliyyat naziri, keçmiş TBMM sədri Binəli Yıldırım özünün və yoldaşı Semiha Yıldırımın səhəti ilə bağlı məlumat verib.
4 Sentyabr 2020 15:04 SiyasətKoronavirusa yoluxan Türkiyənin keçmiş baş naziri, sabiq nəqliyyat naziri, keçmiş TBMM sədri Binəli Yıldırım özünün və yoldaşı Semiha Yıldırımın səhəti ilə bağlı məlumat verib.
Olaylar.az xəbər verir ki, bu barədə Binəli Yıldırım öz Tvitter hesabında paylaşım edib.
Paylaşımda Binəli Yıldırım, "səhətimiz yaxşıdır və hər hansı problem yoxudur. Həkimlər evdə qalmağımızı məsləhət görüblər. Vətəndaşlarımızı TBMM qoyduğu qaydalara riayət etməyə çağırırıq. Dua edirik, dualar gözləyirik" deyib.
Qeyd edək ki, ötən gün Binəli Yıldırım və yoldaşı Semiha Yıldırımın koronavirus testinin pozitiv olduğu açıqlanmışdı.(Sonxeber.az)