Stoltenberq: "Yunanıstan və Türkiyə Şərqi Aralıq dənizi ilə bağlı danışıqlara

Yunanıstan və Türkiyə Şərqi Aralıq dənizində insident və toqquşma riskinin azaldılması üçün mexanizmin yaradılması ilə bağlı texniki danışıqların başladılmasına razılıq verib.

Yunanıstan və Türkiyə Şərqi Aralıq dənizində insident və toqquşma riskinin azaldılması üçün mexanizmin yaradılması ilə bağlı texniki danışıqların başladılmasına razılıq verib.

Olaylar.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bəyanat yayıb.

O bildirib ki, hər iki ölkənin liderləri ilə danışıqlardan sonra Yunanıstan və Türkiyə Şərqi Aralıq dənizində insident və toqquşma riskini azaltmaq üçün hərbi dekonflikasiya ilə bağlı mexanizmin yaradılması istiqamətində NATO-da texniki danışıqlara getməyə razılıq veriblər.

"Yunanıstan və Türkiyə dəyərli müttəfiqlərdir, NATO isə bizim ortaq təhlükəsizliyimizə təsir edəcək bütün məsələləri müzakirə etmək üçün vacib platformadır. Gərginliklərə NATO-nun həmrəyliyi ruhunda həll tapılması üçün mən bütün müvafiq tərəflərlə yaxın təmasdayam", -deyə NATO Baş katibi bildirib.(APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31