Azərbaycanın qlobal təşəbbüsləri yüksək qiymətləndirilir

“Biz Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana bu çox mühüm sessiyanın keçirilməsinə təkid etdiyi üçün minnətdarıq”

"Biz Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana bu çox mühüm sessiyanın keçirilməsinə təkid etdiyi üçün minnətdarıq"

Azərbaycanın müstəqillik əldə etfikdən sonra beynəlxaq qlobal problemlərin həllində əhəmiyyətli rol oynaması heç kimdə sirr qoğurmur. Müstəqil Azərbaycan dövlətinin mövcudluq müddətində göstərdiyi təşəbbüslərə milli maraqlar mövqeyi ilə yanaşı, regional və qlobal kontekstdə yanaşdıqda, çox maraqlı özəlliklərə rast gəlirik. Bu gənc azad ölkənin rəhbərliyi bütün bəşəriyyət və insanlıq üçün əhəmiyyətli proqramlar reallaşdırmaqdadır. Azərbaycanın təşəbbüsləri sosial-mədəni, humanitar, siyasi, təhlükəsizlik, iqtisadi, energetik, ekoloji sferaların hər birini əhatə edir. Nəinki Cənubi Qafqazda, heç postsovet məkanında ikinci belə nümunə yoxdur. Prezident İlham Əliyevin koronavirus epidemiyasına qarşı mübarizə məqsədilə irəli sürdüyü təşəbbüs sadaladığımız amilləri bir daha təsdiq etmiş olur. Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində qlobal lider missiyasını uğurla həyata keçirir. Dövlətimizin başçısının bu mübarizədə qlobal həmrəylik nümayiş etdirmək məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləməsi Azərbaycan Prezidentinin beynəlxalq miqyasda xüsusi liderlik qabiliyyətinə və imkanlarına malik bir şəxsiyyət kimi qəbul olunduğunu bir daha təsdiqlədi.

Təsadüfi deyil ki, BMT Baş Assambleyasının sədri Ticcani Məhəmməd-Bande Baş Assambleyanın COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr edilmiş 31-ci xüsusi sessiyasının təfərrüatları üzrə qətnamə layihəsi ilə əlaqədar keçirilən ilk qeyri-rəsmi məsləhətləşmə zamanı Azərbaycana öz minnətdarlığını bildirib: "Biz Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana bu çox mühüm sessiyanın keçirilməsinə təkid etdiyi üçün, BMT Baş Assambleyasına isə sessiyanın keçirilməsinə razılıq verdiyi üçün minnətdarıq. Baş Assambleyanın pandemiyaya həsr olunan xüsusi sessiya keçirməsi ilə bağlı təklif COVID-19-a qarşı qlobal öhdəliyi səfərbər etmək baxımından etibarli platformadır. Bizim koordinatorlar sizin əməkdaşlığınız və dəstəyinizlə danışıqlar üçün möhkəm zəmin yaradan gözəl layihə hazırlayıblar. İnanıram ki, xüsusi sessiya daha çox sayda dünya liderlərinin pandemiyaya nəticəyönümlü reaksiya verməsinə şərait yaradacaq. Bu isə öz növbəsində, pandemiyaya və onun insanların həyatına və həyat şəraitinə mənfi təsirlərinin azaldılmasına qarşı mübarizədə Baş Assambleyanın qlobal bir tərəfdaş kimi rolunu daha da gücləndirəcəkdir".

Bu, əlbəttə ki, xalqımız üçün qürur doğuran bir hadisədir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin son dövrlərdəki bütün təşəbbüsləri tarixi addım kimi dünya birliyi tərəfindən qiymətləndirilir, dəyərləndirilir və ciddi bir missiya kimi hər kəs tərəfindən qəbul olunur. Ona görə ki, dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Elə BMT Baş Assambleyasının sədri inandığını bildirib ki, bu xüsusi sessiya beynəlxalq ictimaiyyətin pandemiyaya qarşı əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi üçün gözəl imkan olacaq: "BMT-nin üzvü olan çoxsaylı dövlətlərin xüsusi sessiyanın uğurla baş tutmasına göstərdiyi maraq məni çox sevindirir və bu sessiyanın təşkilinə töhfələrini vermiş şəxslərə minnətdarlığımı bildirirəm".

Xatırladaq ki, hələ Azərbaycan məlum təşəbbüslə çıxış etdiyi zaman dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülməsi və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanırdı. Əminlik ifadə olunurdu ki, xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. Məhz bu amil deməyə əsas verir ki, Azərbaycan Respublikası Prezident İlham Əliyevin təkcə Qoşulmama Hərəkatına deyil, eləcə də istənilən beynəlxalq təşkilata rəhbərlik etdiyi zaman irəli sürdüyü təşəbbüslər, etdiyi çağırışlar dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə ən yaxşı töhvə olacaq.

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31