Ermənistan hakimiyyəti Azərbaycana qarşı yeni hücum planı qurur- MÜNASİBƏT

Deputat: “Lakin Azərbaycan dövləti və ordusu buna imkan verməyəcək”

Deputat: "Lakin Azərbaycan dövləti və ordusu buna imkan verməyəcək"

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində işğalçı dövlətin qeyri-qanuni fəaliyyəti, o cümlədən məskunlaşdırma siyasəti davam etdirilir. Zaman-zaman işğal altında olan ərazilərimizin qeyri-qanuni məskunlaşdırılması ilə bağlı faktlar kifayət qədərdir. Bu faktlar deməyə əsas verir ki, Ermənistan mütəmadi olaraq Azərbaycana qarşı təxribat planı hazırlayıb və ən müxtəlif üsullarla hayata keçirməyə çalışıb. Son zamanlar baş verən təxribat hadisələri fikrimizi bir daha təsdiq etmiş olur.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd edib ki, işğalçı Ermənistanın siyasətində təxribatçı əməllər davamlı xarakter daşıyır. Cəbhə xəttində atəşkəsin pozulması, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri bu ölkənin münaqişənin sülh yolu ilə həllinə maraqlı olmadığını göstərir. Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və bu mövqeyini hər zaman bəyan edib. Ancaq proseslərin gedişi onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqların gedişini pozub və hazırda sülh prosesi faktiki olaraq dayanıb. Onun sözlərinə görə, Paşinyanın son addımları Ermənistanın istənilən vaxt yeni hərbi təxribatlara əl atmağa hazır olduğunu göstərir. Bu ölkənin yüksək vəzifəli ayrı-ayrı şəxslərinin bəyanatları, yeni qəbul olunmuş milli təhlükəsizlik strategiyasında əksini tapmış bəzi müddəalar da bunu təsdiqləyir. Millət vəkili qeyd edib ki, işğalçı ölkə dərin sosial-iqtisadi böhran içərisindədir: "Paşinyan hakimiyyətə gələndə Ermənistanı böhrandan çıxaracağını vəd etmişdi. Amma hakimiyyətə gəlməsindən bir neçə il keçməsinə baxmayaraq, Paşinyan nəinki heç bir problemi həll edə bilmədi, əksinə Ermənistanda sosial-iqtisadi böhran daha da dərinləşib. Paşinyan ölkədəki problemləri həll edə bilmədiyi üçün əhali tərəfindən etirazla qarşılanır, reytinqi aşağı düşür. Ona görə də, o ölkə daxilindəki problemlərdən diqqəti yayındırmaq üçün bu cür təxribatlara əl atır". M.İbrahimqızı söyləyib ki, Ermənistanın bu davranışına ATƏT-in Minsk qrupunun həmsədrləri, beynəlxalq ictimaiyyət qəti münasibət bildirməlidir: "Həmsədrlərin turist səfərlərinə son qoyulmalı, onlar münaqişənin həlli istiqamətində real addımlar atmalıdırlar. Əks halda, cəzasızlıq şəraitində Ermənistan rəhbərliyi bölgədə vəziyyəti gərginləşdirmək üçün yeni təxribatlara əl ata bilər. Münaqişənin nizamlanmasında danışıqlar üçün imkanlar tükənəcəyi təqdirdə Azərbaycan öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək məcburiyyətində qalacaq. Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazi bütövlüyünü təmin etmək üçün güc variantından istifadə hüququnu özündə saxlayır. Əlbəttə ki, biz sülh tərəfdarıyıq. Amma qarşı tərəf başqa çıxış yolu qoymasa, biz öz gücümüzə torpaqlarımızı işğaldan azad edəcəyik".

xxx

Millət vəkili Kamilə Əliyeva qeyd edib ki, işğalçı və təcavüzkar Ermənistan artıq bütün cəbhələrdə Azərbaycana açıq-aşkar uduzur. Bu məğlubiyyət seriyası xüsusilə də "Valday"dan, Aşqabad Sammitindən, Türk Şurası və Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşlərindən, Münhen Təhlükəsizlik Konfransı və "Şərq Tərəfdaşlığı"nın sonuncu toplantısından sonra daha da güclənib. K.Əliyeva diqqətə çatdırıb ki, diplomatik uğurlarımız sayəsində Ermənistan hakimiyyəti ardıcıl sarsıdıcı zərbələr almaqdadır. İyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində törədilən növbəti qanlı təxribatdan və fitnəkarlıqdan sonra dünya ictimaiyyəti erməniləri daha yaxşı tanımağa başlayıb. Azərbaycan Ordusu tərəfindən geri oturdulan və layiqli cavabını alan düşmən çaşqınlıq içindədir. İşğalçı ölkə hazırda siyasi-iqtisadi böhran, siyasi xaos, hərbi məğlubiyyətin acısı ilə yaşayır. Hətta illərdir arxalarında dayanan və Azərbaycanın üzərinə hücum əmri verən dairələr, mərkəzlər, açıq-gizli havadarlar, dəstəkçilər indi onların köməyinə çata bilmir "Tovuz döyüşlərində məğlubiyyətindən sonra qorxaqcasına və müticəsinə yalvardıqları, qapısını döyüdükləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) də onlardan imtina etdi. Minskdə yaşananlar, bədnam və sərsəm Paşinyanın tək buraxılması, heç kim tərəfindən ciddiyə alınmaması isə biabırçılığın son həddi oldu. Çünki KTMT artıq Ermənistanın oyununa inana bilməzdi. Bu qurumdakı bütün dövlətlər Azərbaycanın dostları, müttəfiqləridir və bu ölkələr Azərbaycanın əleyhinə heç bir addım atmadılar. Bununla da ermənilər və onların havadarları növbəti siyasi-diplomatik zərbələrini aldılar. Paşinyan hökuməti artıq başını itirib və onun tərəfindən atılan isterik addımlar da bunun göstəricisidir", - deyən deputat qeyd edib ki, işğalçı ölkənin siyasi dairələri son çarəni yüz illərdir təxribatla, terrorla məşğul olan erməni lobbisi və diasporunda axtarsa da, istəyinə nail ola bilmədilər. Əksinə, Paşinyan və onun hakimiyyəti daha rəzil vəziyyətə düşdü". K.Əliyeva diqqətə çatdırıb ki, Ermənistanın son təxribatına və fitnəkarlığına qarşı yaşadıqları ölkələrdə ayağa qalxan həmvətənlərimiz çox geniş etiraz aksiyaları keçirdilər: "Bu zaman həm Ermənistan, həm də Ermənistanı idarə və himayə edən dairələr tərəfindən dirijor çubuğu ilə hərəkətə gətirilən faşist, terrorist düşüncəli, nasist ruhlu erməni lobbisi, erməni diasporunun üzvləri həmvətənlərimizə qarşı təxribatlara əl atdılar, açıq-aşkar güc, zor tətbiq etməkdən çəkinmədilər. Bununla da əslində bir daha mürtəce simalarını bütün dünyaya nümayiş etdirdilər. Nümayiş etdirdilər ki, nə Ermənistanda, nə də xaricdə yaşayan ermənilər, erməni lobbisi və diasporu üçün dəyişən heç nə yoxdur. Lakin düşmən istəyinə nail ola bilmədi. Xaricdə yaşayan soydaşlarımızın son dərəcədə yüksək təmkini, soyuqqanlılığı sayəsində ermənilərin fitnəkarlığının qarşısı alındı. Təşkilatlanmış Azərbaycan diasporu "erməni lobbisi" mifini darmadağın etdi. Paşinyanın Qarabağa səfəri göstərir ki, Ermənistan hakimiyyəti Azərbaycana qarşı yeni hücum planları qurur, hərbi əməliyyatların yenidən bərpasına, növbəti təxribatlara başlamaq niyyətindədir. Lakin Azərbaycan dövləti və ordusu buna imkan verməyəcək. Çünki bizim düşmənin təxribatına və hücumlarına cavab vermək üçün kifayət qədər imkanımız var".

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31