Tramp Kennedini uğursuz namizəd Adlandırdı
ABŞ Prezidenti Donald Tramp konqresmen Co Kennedinin Massaçusets ştatında seçkilərdə məğlubiyyətini ələ salıb.
2 Sentyabr 2020 16:19 SiyasətABŞ Prezidenti Donald Tramp konqresmen Co Kennedinin Massaçusets ştatında seçkilərdə məğlubiyyətini ələ salıb.
REN TV xəbər verir ki, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşının nəvəsi Kennedilər klanının həmişə qalib gəldiyi ştatda gözlənilmədən seçkiləri uduzub.
"Baxın, hətta Kennedi radikal sol demokrat partiyasında belə özünü təhlükəsiz hiss etmir. Vergilərin həcmi çoxdur. Co Bayden nəzarəti tamamilə itirib. Nensi Pelosi uğursuz namizədi dəstəkləyib!", Birləşmiş Ştatlar prezidenti öz "Twitter" səhifəsində yazıb.
Qeyd edək ki, 39 yaşlı Co Kenedi hazırkı senator 74 yaşlı Ed Markiyə məğlub olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31