“Ermənistan çağırışlara məhəl qoymur və çirkin əməllərini davam etdirir” ÖZƏL-MÜNASİBƏT
“Qaraçı mənşəyinə mənsub olduqlarına görə köç etmək və köçürüldükləri əraziləri öz torpaqları kimi özəlləşdirmək ermənilərin qədimdən qalma adətləridir.
1 Sentyabr 2020 15:29 Siyasət"Qaraçı mənşəyinə mənsub olduqlarına görə köç etmək və köçürüldükləri əraziləri öz torpaqları kimi özəlləşdirmək ermənilərin qədimdən qalma adətləridir. Vaxtilə onlar İrəvan xanlığına, Qarabağ torpaqlarına, müxtəlif ərazilərə də qonşu dövlətlərdən, İrandan, Türkiyədən, Suriyadan köçürülmüş və məskunlaşdıqdan sonra bu torpaqları işğal edərək, dədə-baba yurdu kimi qələmə vermişlər. Erməni təcavüzkarları bu ənənəni bu gün də davam etdirirlər və müəyyən mərhələlərdə bir çox ailələrin Dağlıq Qarabağ ərazilərində, Laçında məskunlaşdırılması buna sübutdur. Əlbətə ki, bu hallar beynəlxalq hüquq qaydalarının tələblərinə ziddir. Bu beynəlxalq hüquq qaydalarının pozulmasıdır və beynəlxalq əhəmiyyətli sənədlərdə təsbit olunmuş qaydalara ziddir." Bu sözləri Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədrinin sözlərinə görə, ancaq təəssüflər olsun ki, əldə lazımi faktlar olmasına və bu hallar mötəbər beynəlxalq təşkilatların tribunasından dəfələrlə səsləndirilməsinə baxmayaraq, Ermənistan rəhbərləri çağırışlara məhəl qoymur və öz çirkin əməllərini davam etdirməkdədirlər.
"Bu günlərdə işğal altında olan Dağlıq Qarabağ ərazilərinə Livandan olan iki ailənin yerləşdirilməsi və məskunlaşmanın bundan sonra da kütləvi hala çevrilməsinə göstərilən cəhdlər onu deməyə imkan verir ki, Ermənistan heç bir beynəlxalq qətnamə, qərar və göstəriş tanımır və həmin göstərişlərə əməl etmək fikrində deyil. İşğalçı ölkə öz mənfi əməllərini davam etdirməyə üstünlük verir. Əlbəttə ki, bu bir çox beynəlxalq təşkilatların, BMT təhlükəsizlik şurasının, İslam Əməkdaşlıq Təşkilatının, xüsusilə ATƏT-in öz qərarlarına, qətnamələrinə, səahiyyətlərin laqeyid münasibətlərindən irəli gəlir. Cəzasız qalan, təsir göstərilməyən Ermənistan gündən-günə harınlaşır.
Nə qədər ki, beynəlxalq hüquq normaları ayaqlar altına atılacaq, haqq-ədalət bərpa edilib təcavüzkarlar, işğalçılar barədə qətiyyətli tədbirlər görülməyəcək, elə bilirəm münaqişələr, müharibələr daha da kəskinləşəcək, insan tələfatları artacaq və bəşəriyyət haqsızlığın qurbanına çevriləcəkdir. Ermənistan rəhbərlərinin, onların havadarlarının mövqeyi, çirkin əməlləri, təcavüzkarlıq cəhdləri bunu söyləməyə əsas verir. Azərbaycan xalqı öz prezidentinə, ali baş komandanına, birliyinə, həmrəyliyinə güvənməli, reallıqları qiymətləndirməli, iqtisadiyyatını inkişaf etdirib gücünü artırmalı və məqam gələndə sözünü deyib düşməni yerində oturtmalıdır", deyə Tahir Rzayev bildirib.(Sia.az)