Nazir: “Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək”
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov özünün "Twitter" səhifəsində yazıb.
31 Avqust 2020 12:13 Siyasət"Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov özünün "Twitter" səhifəsində yazıb. "Qubadlısız 27 il. Rayon 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və rayon Azərbaycan əhalisindən etnik cəhətdən təmizlənib. Azərbaycanın bütün işğal olunmuş əraziləri, o cümlədən Qubadlı azad ediləcək və yerli azərbaycanlılar öz evlərinə qayıdacaqlar!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31