AKP qurultay keçirməyə hazırlaşır

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti onlayn iclası keçirilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin növbəti onlayn iclası keçirilib. İclasda Respublikadakı mövzud iqtisadi - siyasi durum və AKP -nin qarşısında duran əsas vəzifələr geniş müzakirə edilib. AKP MK mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, Azərbaycan kommunistlərinin lideri Rauf Qurbanov gündəlikdə duran məsələlər barəsində məruzə etərək, cari ilin sonuna qədər Azərbaycan kommunistlərinin görəcəyi  işlər və ölkəmizdə aparılan islahatların gedişi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Məruzə ətrafında AKP MK sədr müavini F. Rəşidov, AKP Sabirabad RK katibi N. Ağayev, ASZİ MİK sədri A.Şiriyev, AKP Gəncə ŞK katibi Ə.Veyisov, AKP Beyləqan RK-nin katibi İ. Məhərrəmov, AKP MNTK -nın sədri Ə.Bağırov, AKP Sumqayıt ŞK katibi S.Hüseynov, AKP Lənkəran RK katibi N.Bağırov, AKP Goranboy RK katibi T. Əsədov, AKP Şəmkir RK katibi S.Tağıyev, AKP Samux RK katibi E. Aslanov, AKLGİ MK sədri O. Muxtarov, AKP Lerik RK katibi S. Qafarov, AKP Bakı şəhəri Nizami RK katibi N. Abbasov, AKP Mingəcevir ŞK katibi G. Şəfəqətov və digər yoldaşlar çıxış etmişlər.

Daha sonra  AKP MK -nın iclasında sosial şəbəkələrdə partiyanın təbliğatının genişləndirilməsi, 2020 -ci ilin üçüncü və ya dördüncü rübündə şəraitdən asılı olaraq partiyanın növbəti XXXVIII(V) qurultayının cağrılması geniş müzakirə olunmuş və qurultayın keçirilməsi ilə əlaqədar təşkilat komitəsi yaradılmışdır. Rayon-şəhər partiya komitələrinin rəhbərlərinə tapşırılmışdır ki, bir ay müddətində yerlərdə hesabat-seçki konfranslarını keçirilməsini təmin etsinlər və mövcud kvotaya uyğun qurultayda iştirak edəcək nümayədələrin siyahısını, qurultayın keçirilməsi ilə əlaqədar yaradılmış təşkilat komitəsinə təqdim etsinlər. AKP MK -nın icalsı təşkilatı məsələyədə baxmışdır. Muxtarov Orxan Mübariz oğlu AKP MK mətbuat xidmətinin rəhbəri təyin etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31