“Tovuzda Ordumuzun gücünü dadan ermənilər xislətlərini ortalığa qoyurlar” ÖZƏL-MÜNASİBƏT
“On dənə də ordu yaratsalar, bu Ermənistanın içində olan rəsmi məlumata görə, 2 milyon 980 min ermənidən təşkil olunacaq və Ermənistandan kənardan da kimsə ora gələsi deyil. Həmin o 2 milyon 980 min də rəsmi rəqəmdir, reallığı əks etdirmir və reallıqda 2 milyondan da aşağıdır
29 Avqust 2020 13:27 Siyasət"On dənə də ordu yaratsalar, bu Ermənistanın içində olan rəsmi məlumata görə, 2 milyon 980 min ermənidən təşkil olunacaq və Ermənistandan kənardan da kimsə ora gələsi deyil. Həmin o 2 milyon 980 min də rəsmi rəqəmdir, reallığı əks etdirmir və reallıqda 2 milyondan da aşağıdır Ermənistanın əhalisi." Bu sözləri açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəzin rəhbərinin sözlərinə görə, burada vacib məsələ Tovuz döyüşlərində Ermənistanın ciddi şəkildə uduzduğu, ciddi itgi verməsi məsələsidir.
"Bizim o zaman Müdafiə Nazirliyinin mətbuat xidməti çox informasiyaları yaydı, Ermənistanda nə qədər hərbi obyektlərin dağıdılması ilə bağlı. İndi bizim Müdafiə Nazirliyinin yaydığı məlumat öz təsdiqini tapır. Yəni, bunlar kifayət qədər ciddi məğlubiyyətə düçar olublar və çalışırlar ki, bunun əvəzini bir az belə deyək, guya təkmil variant tapmaqla çıxsınlar.
Çox vacib məsələlərdən biri Ermənistanın ordusunun daxilindəki vəziyyətdir. Son iki ildə Ermənistan ordusunda ən böyük itgilər elə ermənilərin özləri tərəfindən törədilən itgilərdir. Yəni erməni əsgərlər bir-birilərini öldürürlər. Əksərən də bəlli olur ki, ölənlər 18-20 yaşlı əsgərlərdir, öldürənlər də müddətdən artıq xidmət edən, 25-30 yaşlı hərbçilərdir. İndi ordunun daxilində bu erməninin ermənini qırmağının qarşısını almaqdan ötrü bunlar faktiki 18-20 yaşlı hərbçilərlə müddətdən artıq qalıb xidmət eləmək istəyən hərbçiləri bir-birindən ayırmaq istəyirlər və bununla da guya Ermənistan ordusunun gücünü artıracaqlar. Amma eyni zamanda o da bəllidir ki, onlar artıq Tovuzda Azərbaycan Ordusunun gücünü növbəti dəfə daddılar. Nə deməklərindən asılı olmayaraq aprel döyüşləri ermənilərin ciddi məğlubiyyəti idi. Tovuz döyüşləri də heç də ondan geri qalmayan məğlubiyyətləri sayılır. Ona görə də indi bunlar özlərinin aqressiv, Azərbaycana nifrət xislətlərini ortalığa qoyurlar", deyə Mübariz Əhmədoğlu bildirib.