"Azərbaycan tərəfi Ermənistanla məzmunsuz danışıqlara getməməlidir" ÖZƏL-MÖVQE

Azərbaycan və Rusiya arasında aparılan danışıqların nəticəsi ondan ibarətdir ki, ölkəmiz Kremlin istədiyi kimi bu ölkədən silah almayacaq”.

"Azərbaycan və Rusiya arasında aparılan danışıqların nəticəsi ondan ibarətdir ki, ölkəmiz Kremlin istədiyi kimi bu ölkədən silah almayacaq". Bunu  politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında danışıqlarda belə rəy formalaşdırmağa cəhd edirlər ki, Azərbaycan Rusiya ilə birgə Paşinyanı cəzalandırmaq üçün müharibə oyunu keçirəcək: "Nə Rusiya buna gedər, nə də ölkəmiz Moskvanın bu oyununa razı olmaz. Ümumiyyətlə, Sergey Lavrov danışıqların bazasının hazır olduğunu qeyd etdi. Azərbaycan tərəfi Ermənistanla məzmunsuz danışıqlara getməməlidir. Azərbaycan tərəfi Ermənistana qarşı şərtlər əsasında danışıqlar stoluna oturacaq. Ermənistan buna hazır olarsa, proses yenidən başlanacaq. Burada Türkiyə faktoru da önəmli rol oynayır. Ermənistan hakimiyyəti danışıqlarda işğal olunmuş ərazilərin boşaldılmasına getməyəcək. Daha da aqressiv ton ortaya qoyacaq. Bu da yeni müharibəni alovlandira bilər.

Ermənistanda ciddi panika var. İşğalçı ölkə könüllü ordu yaratmaqla guya əlini gücləndirir. Qarabağla bağlı yeni bir proses başlaya bilər. Azərbaycan tərəfi Türkiyə ilə hərəkət edəcək. Burada lokal döyüşlər də mümkündür".(Sia.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31