Lavrov: “Danışıqların formatı dəyişdirilməyəcək”
Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı keçirib.
26 Avqust 2020 16:21 SiyasətRusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı keçirib."Olaylar" Rusiya KİV-nə istinadən xəbər verir ki, Lavrov danışıqların formatının dəyişdirilməsi ilə bağlı Yerevanın təkliflərinə qarşı çıxıb: "ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ danışıqlarının formatının dəyişdirilməsinə qarşıdır"-deyə Lavrov deyib.
Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ danışıqlarının formatının dəyişməsini və prosesə qondarma rejimin nümayəndələrinin cəlb olunmasını israr edirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31