Siyavuş Novruzov istefa verdi

Milli Məclisin deputatı Siyavuş Novruzov hakim Yeni Azərbaycan Partiyasındakı (YAP) vəzifəsindən istefa verib. Bu barədə "Olaylar"a  YAP-dan məlumat verilib. Məlumata görə, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri İlham Əliyevə müraciət edərək, onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib.

Xatırladaq ki, Siyavuş Novruzov Prezident Adminisdtrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə YAP ona töhmət vermişdi. Daha sonra isə deputat xüsusi karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olunmuşdu.

ir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31