Bəhruz Quliyev: “Tətbiq edilən qərarlar, tələb olunan məhdudiyyətlər anlayışla qarşılanmalıdır” 

“Azərbaycanda hər zaman dini dəyərlərə dərin hörmət bəslənilib və əbəs deyil ki, ölkəmizdə mövcud olan bu amil digər ölkələrdən fərqli olaraq daim öndə dayanıb. Lakin o da sirr deyil ki, koronavirus pandemiyasının bəşəriyyətə vurduğu zərbələrin daha ağır fəsadlara səbəb olmaması üçün nəinki Azərbaycanda, həm də  dünyanın digər ölkələrində kütləvi tədbirlərin keçirilməsi, xüsusilə də, dini ayinlərin icrası kimi məsələlər təxirə salınıb”. Bu fikirləri Olaylar.az-a “SƏS” qəzetinin baş redaktoru, siyasi ekseprt Bəhruz Quliyev mövzu ilə bağlı açıqlama verərkən deyib. 

"Azərbaycanda hər zaman dini dəyərlərə dərin hörmət bəslənilib və əbəs deyil ki, ölkəmizdə mövcud olan bu amil digər ölkələrdən fərqli olaraq daim öndə dayanıb. Lakin o da sirr deyil ki, koronavirus pandemiyasının bəşəriyyətə vurduğu zərbələrin daha ağır fəsadlara səbəb olmaması üçün nəinki Azərbaycanda, həm də  dünyanın digər ölkələrində kütləvi tədbirlərin keçirilməsi, xüsusilə də, dini ayinlərin icrası kimi məsələlər təxirə salınıb". Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekseprt Bəhruz Quliyev mövzu ilə bağlı açıqlama verərkən deyib. 

Onun sözlərinə görə, məhz Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti sayəsində Azərbaycan dövləti üzərinə düşən bütün mümkün vasitələrdən maksimum istifadə edərək, yoluxma hallarının qarşısının alınması üçün münbit addımlar atdı, uğurlar əldə etdi: "Bu vəzifələrin öhdəsindən layiqincə gələn dövlətimiz bundan sonrakı dövrlərdə də fəaliyyətini davam etdirir, vətəndaşların sağlamlıqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirləri həyata keçirir. Belə olan halda nəzərə alarsaq ki, artıq İslam aləmində xüsusi yeri olan Məhərrəmlik ayı başlayıb və möminlər, inanclı şəxslər bu ayda müvafiq dini ayinləri icra edirlər, bu zaman pandemiya dövründə həmin ayinlərin keçirilməsi yeni fəsadlara gətirib-çıxara bilər. Həmçinin, azərbaycanlı möminlər də verilən qərarları anlayışla qarşılayır, bu qərarların ümumi insanlarımıza zərərin verilməməsi naminə irəli sürüldüyünü normal olaraq qəbul edirlər. Biz bu anlayışı müqəddəs Ramazan və Qurban bayramlarında da müşahidə etdik. İnanclılarımızın intizamlı davranışları qlobal bəlanın artmaması, ayaq açıb yeriməməsi üçün digər insanlara örnək oldu". 

"Ona görə, inanırıq ki, Məhərrəmlik ayının tərkib ayinlərindən olan Aşura ilə bağlı da inanclı kəsim anlayışlı davranış nümayiş etdirəcək və karantin rejiminin tələblərinə riayət edəcəklər", qeyd edən Bəhruz Quliyev onu da bildirib ki, bir sıra xarici ölkələrdə dini ayinlərin icrasının qarşısının alınmaması sonradan çox ciddi təhlükələrə yol açdı: "Koronavirus infeksiyasının nə qədər təhlükəli epidemiya olması barədə artıq yenidən izah etməyə gərək yoxdur. Bir vaxtlar buna inanmayan adamlar da artıq hadisələrin nə qədər ciddi olduğunun fərqinə varıblar. Bu baxımdan, möminlərimiz riskə getməməyi daha dərindən anlamalı, bütövlükdə vətəndaşlarımızın təhlükəsizliyinin qorunması üçün dövlətin həmin istiqamətdəki siyasətinə dəstək göstərməlidirlər. Yəni o da dərk edilməlidir ki, əgər İslam dünyasının əsas ziyarətgahı olan Həcc, Kəbə evi ziyarətə bağlıdırsa, demək, müsəlmanlara məxsus mühüm aylarda da tətbiq edilən, tələb olunan məhdudiyyətlər anlayışla qarşılanmalıdır". 

Bəhruz Quliyev eyni zamanda bildirib ki, artıq kütləvi tədbirlərin keçirilməsinin fəsadlara səbəb olmasını sübut edən bir sıra faktlar var: "Buna görə də, kütləviliyi ilə seçilən sosial məsafənin saxlanılması mümkün olmayan Aşura mərasiminin izdihamla keçirilməsi, yürüşlər təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız, bütövlükdə isə cəmiyyətimiz üçün böyük təhlükədir. Karantin rejiminin yenidən sərtləşdirilməməsi, məhdudiyyətlərin daha da kəskinləşdirilməməsi üçün isə, hər birimiz verilən qərarları normal qəbul etməli, koronavirusa qarşı əldə edilən uğurlara kölgə salmamaq üçün həmrəyliyimizi davam etdirməliyik".

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31