Ermənistanda hazırkı siyasət bu ölkədə növbəti silahlı çevrilişə aparır

Məhəmməd Əsədullazadə: “Paşinyanın medal verdiyi hərbiçilər sabah onu devirməyə qalxacaqlar”

Məhəmməd Əsədullazadə: "Paşinyanın medal verdiyi hərbiçilər sabah onu devirməyə qalxacaqlar"

Ermənistan hakimiyyəti, Paşinyan iqtidarı hazırda güllə yarası alaraq özünü sağa-sola çırpan ayını xatırladır. Həm Qarabağ cəbhəsində, həm də diplomatik cəbhədə Azərbaycanın sarsıdıcı zərbələri ilə üzləşən İrəvanın belə bir əlacsız vəziyyətə düşməsində sadə ermənilər birmıənalı olaraq mövcud iqtidarı günahkar hesab edirlər ki, bu tendensiya da onsuz da yaralı vəziyyətdə olan Ermənistan hakimiyyətinin durumunu daha da ağırlaşdırır, onu hər ötən gün çətin duruma sürükləyir. Yaranmış arzuolunmaz vəziyyətdən çıxış yolunu isə Ermənistan hakimiyyəti, Paşinyan iqtidarı Azərbaycana qarşı beynəlxalq aləmdə mənfi rəy formalaşdırmaqda, müəyyən təxribatçı addımlar atmaqda görür. İndi demək olar ki, işğalçı ölkə hakimiyyəti bütün cəbhələrdə Azərbaycanın imicinə zərbə vurmaq fəaliyyətinə keçib. Bu da qeyd etdiyimiz kimi əsas etibarilə Tovuz istiqamətində baş verən erməni təxribatına qarşı Azərbaycan Ordusunun sarsıdıcı zərbə vurması ilə bağlıdır. Elə politoloq Məhəmməd Əsədullazadə də belə düşünür. O, bildirib ki, Ermənistanın Tovuz istiqamətində hərbi təcavüzünə qarşı Azərbaycanın güclü hərbi zərbəsi, paralel olaraq diplomatik müstəvidə prosesləri öz lehimizə çevirməyimiz, Paşinyan iqtidarını çıxılmaz vəziyyətə saldı: "Demək olar ki, sərhəddə və xarici siyasətdə arda-arada məğlubiyyət ona qarşı daxildə narazılığı pik səviyyəyə qaldırdı. Ermənistanın vətəndaş cəmiyyəti institutları, siyasi partiyalar Paşinyan hakimiyyətinin bu məğlubiyyətini onun apardığı uğursuz siyasətdə görürdülər. Hətta Rusiya KTMT çərçivəsində Ermənistana siyasi dəstək vermədi. Halbuki, Azərbaycan döyüşləri Ermənistanın sərhədlərindən içəri daşınmışdı. Baxmayaraq ki, Tovuz təxribatının arxasında Moskva dururdu".

Politoloq bildirib ki, Tovuz təxribatlarında Ermənistanın işğalçı mahiyyəti birdaha ortaya çıxmaqla, regionda və beynəlxalq münasibətlər sistemində Qarabağla bağlı mövqeyimizi möhkəmləndirmiş oldu: "Demək olar ki, dünya birliyi birmənalı şəkildə Azərbaycanı dəstəklədi.Baş verən bu proseslər fonunda Ermənistan hakimiyyəti öz uğursuzluğunu ört-basdır etmək üçün Tovuz təxribatlarının iştirakçısı olan bəzi hərbiçilərə orden və medallar verdi.Əlbəttə ki, bu medalları verməklə Paşinyan Tovuz məğlubiyyətinin acı nəticələrini daxili auditoriyada "qələbə" kimi təqdim etməyə çalışdı. Amma, bunun əsl cavabını sabiq prezidenti Serj Sarksiyan verdi. Serj Sarkisyan Tovuz döyüşlərində bir neçə hərbiçiyə mükafat və medalların verilməsinin əsassız olduğunu qeyd etdi. Bunu onunla əsaslandırdı ki, Tovuzda Ermənistanın heç bir qalibiyyəti olmayıb".

Məhəmməd Əsədulazadə qeyd edib ki, Ermənistanda daxili siyasi vəziyyətinin gərginləşməsi, Paşinyanın "Qarabağ klanına" qarşı cəza siyasəti digər vəd etdiyi islahatları arxa fona keçirib: "Artıq, ABŞ və Rusiyada Ermənistan hakimiyyətinə qarşı çox ciddi ölçü götürülməsində maraqlıdır. Hər iki tərəf Paşinyanın apardığı siyasəti özlərinin geosiyasi maraqlarına cavab vermədiyində görürlər. Məhz onun nəticəsidir ki, Paşinyan nə "demokratik" lider kimi Ağ Evə dəvət edildi, nə də müttəfiq kimi Kremlə çağrıldı. Baxamayaraq ki, Paşinyan özünü regionun "demokratik" lideri hesab edir. Rusiyada Ermənistanın müttəfiqi kimi Paşinyanı Moskvaya rəsmən dəvət etdi.Göründüyü kimi Paşinyanın hazırkı siyasəti regionda manevr siyasəti qurmaq idi. Azərbaycan kimi tarazlıq siyasəti aparmaq, bununlada Qarababağ məsələsini arxa plana keçirmək idi. Amma, onun bütün cəhdləri boşa çıxdı. Azərbaycan regionun aparıcı ölkəsi, iki qitəni birləşdirən enerji və nəqliyyat layihələrinin birbaşa iştirakçısı olaraq uzun illərdir ki, manevr siyasəti həyata keçirib".

Politoloq bildirib ki, Ermənistan məhz işğalçı ölkə olaraq Rusiyanın forpostu ola-ola manevr siyasətinə əl atır: "Təbii ki, bu aksiyomadır. Ermənistan onda müstəqil ölkə statusu alacaq ki, işğal olunmuş Azərbaycan ərazilərindən çıxsın. Bundan sonra Paşinyanın demokratik islahatlar paketi reallaşa bilər. Ermənistanda hazırkı siyasət bu ölkədə növbəti silahlı çevrilişə aparır. Paşinyanın medal verdiyi hərbiçilər sabah onu devirməyə qalxacaqlar. Çünki, bundan sonrakı proseslərdə Rusiya çalışacaq ki, sabiq DTX rəisi A. Vanetisyan vasitəsilə onun siyasi dayaqlarını zəiflətsin. Bu istiqamətdə ordudan da istifadə ediləcək".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31