Navalnını zəhərlədilər: xəstəxanaya yerləşdirildi

Rusiyalı müxalif bloger Aleksey Navalnı təcili xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış məlumat verib.

Navalnının Tomskdan Moskvaya uçan zaman səhhətinin pisləşdiyi və təyyarənin təcili Omskda eniş etdiyi vurğulanıb. Onda toksik zəhərlənmə olduğu bildirilib. Yarmış onun çayına qatılan zəhərdən zəhərləndiyini iddia edib. Hazırda Navalnının reanimasiyada huşsuz vəziyyətdə olduğu qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31