Ermənistanın yaratdığı qondarma rejim terrorçu bir mərkəzdir

“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qondarma rejim terrorçu bir mərkəzdir.

"Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qondarma rejim terrorçu bir mərkəzdir. Burada terrorçu rejimin başçısı Araik Arutunyanın Gəncə şəhərini vurmaqla bağlı bəyanat verməsi, əsasən birbaşa Yerevanın diktəsi ilə reallaşır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki,bu, Azərbaycanla danışıqların bundan sonrakı davamında heç bir sülh anlaşmasının olmaycağının göstəricisidir: "Qarabağdakı terrorçu rejimin bu terrorçu bəyanatı onların işğal olunmuş ərazilərdə nə qədər region üçün təhlükəli bir sistem olduğunun göstəricisidir.Təbii ki, Rusiyanın Ermənistana son günlərdə göndərdiyi tonlarla silah-sursatdan qeyzlənərək belə bir açıqlamalar verməsi, burada Rusiya faktorunun da olması istisna edilməməlidir". Politoloq hesab edir ki, rəsmi Bakının hazırkı siyasəti, Türkiyə ilə birgə hərbi təlimlər fonunda indiki mərhələdə Ermənistana hərbi təzyiqləri yaxın perspektivdə mümkündür: "Çünki, Ermənistan danışıqlara getməyəcək.Gedərsədə burada kompromisə getməsi gözlənilmir. Ona görə də Rusiya Ermənistana silah-sursat göndərməklə çalışır ki, bir növ münaqişənin həllində hərhnası sülh prosesinin qarşısnı alsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31